Təcridxanada İntiqam Əliyevin vəkili ilə yazışmalarının məxfiliyi pozulur

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyevin vəkil Anar Qasımlı ilə yazışmalarının məxfiliyi pozulur.

Vəkil Turan-a bildirib ki, İ.Əliyevin saxlanma  şəraiti ilə bağlı problem yoxdur. Lakin onun müdafiə hüquqlarının həyata keçirilməsi üçün bürokratik əngəllər yaradılır.

Belə ki, İ.Əliyevin müdafiəsinin təşkili ilə bağlı hazırladığı qeydlər vəkillə görüşdən öncə ondan alınır və geri qaytarılmır. Bu, həbsdə olan şəxsin vəkili ilə ünsiyyətini və onun effektiv müdafiə hüququnu pozur.

İ.Əliyevin hüquqlarının pozulmasına digər nümunə kimi vəkil “Hüquqi Maarifləndirmə Cəmiyyəti”nin ofisində axtarış zamanı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmək üçün hazırlanan materialların götürülməsini göstərib.

Bundan əlavə, AİHM-nin icraatında olan 2010-cu il parlament seçkiləri üzrə şikayətlərlə bağlı 40 iş götürüüb. Mülki və siyasi hüquqlarn pozulması faktları üzrə Strasburq məhkəməsinə göndərilən 100 iş götürülüb.

Bu materialların İ.Əliyevə qarşı irəli sürülən ittihamlara heç bir aidiyyatı yoxdur.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Baş Prokurorluğa müraciət edərək sənədlərin qaytarılmasını xahiş edib. Lakin cavab yoxdur.

İ.Əliyev özü hesab edir ki, onun həbsində məqsəd Azərbaycan vətəndaşlarının Strasburq məhkəməsinə müraciətlərinə əngəl törətməkdir.

* İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, qanunsuz sahibkarlıqda, vergidən yayınmaqda və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub.

Amnesty İnterntational hüquq-müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

272 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Təcridxanada İntiqam Əliyevin vəkili ilə yazışmalarının məxfiliyi pozulur

26 Ağustos 2014

By
@
backtotop