İlqar Nəsibovun qəddarcasına döyülməsi ilə bağlı cinayət işi qaldırılmayıb

İlqar Nəsibovun qəddarcasına döyülməsi ilə bağlı hələ də cinayət işi açılmayıb. Naxçıvan Şəhər Polis İdarəsi inzibati araşdırmanı davam etdirdiyini bildirir. Bu barədə Turan-a avqustun 21-də Naxçıvanda döyülərək ağır xəsarətlər alan hüquq müdafiəçisi İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova  bildirib.

M.Nəsibovanın sözlərinə görə, avqustun 25-də İlqar Nəsibov məhkəmə- tibbi ekspertizadan keçirilib. “Naxçıvan Daxili İşlər Nazirliyi İlqar Məmmədovun içkili olduğunu bildirir. Ancaq nə İlqar döyülən gün, nə də dünən spirtli içkilərin qəbulu ilə bağlı test keçirilməyib. Həkimlərin ilk gündə keçirdiyi müayinələrin nəticələrini də oxumuşam. Avqustun 21-də həmin müayinələrin nəticəsi olaraq İlqarın içkili olması barədə hər hansı qeyd yox idi. Mən özüm də İlqarın yanında idim. O, içkili deyildi. Bütün bunlar nazirliyin məlumatının yalan və böhtan olduğunu sübut edir”, – o bildirib.

Bununla yanaşı, M. Nəsibova Daxili İşlər Nazirliyinin Fərid Əsgərovla və onun ailəsi ilə bağlı yaydığı məlumatların həqiqətəuyğun olmadığını deyib: “Naxçıvan Daxili İşlər Nazirliyi əvvəlcə Fərid Əsgərovun müxalifətçi, sonra isə ailəsinin iqtidarı dəstəklədiyini bildirir. Fərid Əsgərov bir qayda olaraq bizim ofisdə keçirilən müxalifətin tədbirlərində könüllü kimi iştirak edib. Onun atası isə keçmişdə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvlərindən idi. Bunlar bir daha Fərid Əsgərovun hakimiyyətin sifarişi ilə işlədiyi qənaətinə gəlməyə əsas verir”.

Hüquq müdafiəçisi eyni zamanda bildirib ki, Naxçıvanda hər şey hakimiyyətin öz əlindədir:  “Həkimlərə də nə istəsən yazdıra bilərlər. İlqara da xəstəxanada təhlükə yarada bilərdilər. Bəlkə də hansısa təsiri sonradan bilinəcək  dərmanlar verilib? Təhlükələri nəzərə alaraq İlqarı xəstəxanadan evə gətirdim. Bir qədər səhhəti imkan verən kimi müalicə üçün Bakıya aparacam”.

İlqar Nəsibovun döyülməsini övladları da çox ağır qarşılayıblar. Onun övladları xaricdə təhsil alır. “Uşaqlar hələ də depressiyadadır. Sağ olsun oradakı dostları onlara həmdəm olublar”, – M.Nəsibova bildirib.

234 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlqar Nəsibovun qəddarcasına döyülməsi ilə bağlı cinayət işi qaldırılmayıb

26 Ağustos 2014

By
@
backtotop