Rəsmi məlumatlara görə, Azərbaycanda 28 376 narkoman var

Son 14 ildə Azərbaycanın müalicə-profilaktika müəssisələrində uçota alınmış narkomanların sayı iki dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə uçotda olan narkomanların sayı 14010 nəfərə, 2013-cü ildə isə 28376 nəfərə çatıb.

Bu zaman 2013-cü ildə ilk dəfə olaraq “narkomaniya” diaqnozu ilə 1509 nəfər uçota alınıb.

2010-cu ildən ilk dəfə uçota götürülən narkomanların sayı azalır. Eyni zamanda, qeydiyyata alınmş alkoqoliklərin və alkoqol psixozu xəstələrinin sayı artıb – 2000-ci ildə 19591 nəfərdən 2013-cü ildə 21584 nəfərə çatıb.

Onlardan 879 nəfəri ilk dəfə ötən il uçota götürülüb.

2000-ci ildən etibarən qeydiyyata alınmış toksikomanların sayı 104 nəfərdən 130 nəfərə qədər artıb.

Qeydiyyata alınmış psixi xəstələrin sayı da artır. Belə ki, 2000-ci ildə müalicə-profilaktika müəssisələrində 97 279 nəfər uçotda idisə, 2013-cü ildə onların sayı 124134 nəfərə çatıb.

2010-cu ildən hər il təxminən 5 min nəfər psixi xəstəliklər diaqnozu ilə uçota götürülür.

Qeyd edək ki, Azərbaycan əhalisinin sayı 9,5 mln. nəfərə çatır.

244 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Rəsmi məlumatlara görə, Azərbaycanda 28 376 narkoman var

26 Ağustos 2014

By
@
backtotop