Kristof Delor: “Beynəlxalq birlik Naxçıvanda baş vermiş qanlı cinayətə reaksiya verməlidir”

“Sərhədsiz reportyorlar” təşkilatının baş katibi Kristof Delor jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibova qarşı qanlı zorakılığı qəti şəkildə pisləyib.

“Sərhədsiz reportyorlar” Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşüb. O, Naxçıvan şəhərindəki mərkəzdə qan içində, huşsuz vəziyyətdə tapılıb. Onun həyat yoldaşı Məlahət Nəsibova baş verənlərdə hakimiyyəti ittiham edir.

İlqar çoxsaylı sınıq xəsarəti alıb, üzü tanınmaz hala salınıb, hazırda reanimasiyadadır. Daxili qanaxmanın olması ilə bağlı şübhələr var. Nəsibovlar bu zorakılığın səbəblərini bilmirlər, lakin bunda hakimiyyətin əli olmasından şübhələnirlər.

  2011-ci ildə M.Nəsibova Naxçıvan Muxtar Respublikasını “repressiyalar laboratoriyası” adlandırmışdı. “Hakimiyyət bütün repressiv metodları öncə burada sınaqdan keçirir, sonra bütün Azərbaycana tətbiq edir”, – o bildirmişdi.

  Əgər İlqarın həyat yoldaşının şübhələri gercəkdirsə, növbəti vəhsilik və qanunsuzluq Azərbaycan hakimiyyətinin  tənqidi səsləri susdurmaq cəhdlərinin bir halqası olacaq.

  Bu qanlı cinayətdə kimin günahkar olmasından asılı olmayacar cəzasını almalıdır. Biz beynəlxalq birliyi baş verənlərə reaksiya verməyə çağırırıq ki, bu cür zorakılıqlar cəzasız qalmasın”, – Delor vurğulayıb.

“Sərhədsiz reportyorlar” qeyd edir ki, 2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti, müstəqil mətbuat hakimiyyətin görünməmiş təzyiqlərinə məruz qalıb.

  Naxçıvan Muxtar Respublikası isə jurnalistlərə qarşı ən çox zorakılığın törədildiyi dəhşətli yer olaraq qalır.

319 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kristof Delor: “Beynəlxalq birlik Naxçıvanda baş vermiş qanlı cinayətə reaksiya verməlidir”

25 Ağustos 2014

By
@
backtotop