Siyasi partiyalar İlqar Nəsibova qarşı hücumun araşdırılmasını tələb edir

Azərbaycanın Liberal, Xalq Cəbhəsi və Müsavat Partiyaları Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun qəddarcasına döyülməsi ilə bağlı bəyanatla çıxış edib.

Siyasi partiyalar hüquq müdafiəçisinə vəhşicəsinə hücumu pisləyir, bunun rəsmi qurumlar tərəfindən təşkil edildiyini istisna etmir, sifarişçilərin və iştirakçıların cəzalandırılmasını tələb edir.

 “Bu özbaşınalıqdan ciddi narahatıq. İlqar Nəsibovu döydürənlər və döyənlər ən böyük zərbəni Azərbaycanda qanuna, hüquqa, ədalətə və Azərbaycanın beynəlxalq nüfuzuna vurub”.

ALP Azərbaycan iqtidarını İlqar Nəsibovun döyülməsini sifariş edənləri və icra edənləri tezliklə ifşa edib, qanunun bütün ciddiliyi ilə cəzalandırmağa çağırır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir ki, İlqar Nəsibova qarşı hücum xüsusi amansızlıq kimi dəyərləndirir və beynəlxalq aləmi bu cür vandalizmə aydın və obyektiv mövqe göstərməyə çağırır.

“AXCP hakimiyyət orqanlarından tələb edir ki, baş vermiş bu ağır cinayətin üstünü ən qısa zamanda və obyektiv şəkildə açmaq üçün bütün vacib tədbirlər görülsün və cinayətkarlar tapılaraq layiqli cəzalarını alsınlar.

İlqar Nəsibova qarşı o cür vandallığın son vaxtlar ölkədə hüquq müdafiəçilərinə qarşı həyata keçirilən repressiyanın tərkib hissəsi olduğu haqda cəmiyyətdə əsaslı şübhələr var. AXCP şübhə etmir ki, İlqar Nəsibov ümumilikdə Azərbaycan hakimiyyətinin, ayrılıqda götürüldükdə isə Naxçıvan rəhbərliyinin onun hüquq müdafiəçisi olaraq göstərdiyi fəaliyyətə görə o cür cəzalandırılıb”, sənəddə qeyd edilir.

Müsavat Partiyasının bəyanatında deyilir ki, beynəlxalq aləmin də diqqətini cəlb edən bu hadisə təkcə Nəsibovlar ailəsinə qarşı deyil, Azərbaycanda yaşayan hər bir ailənin də başına gətirilə bilər.

“Müsavat Partiyası hakimiyyət orqanlarından baş verən cinayət hadisəsinin sifarişçilərinin və icraçılarının tez bir zamanda aşkarlanması və onların qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir. Müsavat Partiyası bu cür vasitələrin Azərbaycanı xalqının haqq-ədalət uğrunda mübarizəsinin qarşısını ala bilməyəcəyini bir daha  bəyan edir”, sənəddə qeyd edilir.

278 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Siyasi partiyalar İlqar Nəsibova qarşı hücumun araşdırılmasını tələb edir

23 Ağustos 2014

By
@
backtotop