İlqar Nəsibova hücum edənlərdən biri saxlanılıb

Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova qarşı fiziki zorakılıq edənlərdən biri saxlanılıb. Onun adı Fərid Əsgərovdur.

Bu barədə Nəsibovun həyat yoldaşına Naxçıvan şəhər polis idarəsinin istintaq şöbəsinin rəisi Nemət Cəfərov bildirib.

Lakin Naxçıvanın hüquq-mühafizə orqanları və DİN mərkəzi aparatı bu rezonans doğurmuş cinayət barədə rəsmi məlumat vermir.

Kriminal məlumatlarında bu hadisə göstərilməyib, cinayət işi açılıb-açılmadığı aydın deyil.

Turan-ın DİN və Prokurorluqdan şərh almaq cəhdləri nəticə verməyib.

“Bu, Naxçıvandır, biz bu bölgənin işlərinə qarışmırıq”, Bakıdakı hüquq mühafizəçiləri şəxsi söhbətlərdə belə deyirlər.

* Avqustun 21-də axşam İ.Nəsibov Demokratiya və QHT İnkişafı Resurs Mərkəzinin ofisində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülüb. İ.Nəsibov çoxsaylı kəllə-beyin travması və qırıqlarla Naxçıvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

271 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlqar Nəsibova hücum edənlərdən biri saxlanılıb

23 Ağustos 2014

By
@
backtotop