İlqar Nəsibovun durumu ağır olaraq qalır

Avqustun 22-i saat 11-ə olan məlumata görə İlqar Nəsibovun durumu ağır olaraq qalır. O xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədir.

Bu gün həkimlər yenidən təkrar müayinə keçirib, müalicə üçün məsləhətləşmə aparacaq. Güclü beyin silkələnməsi olduğundan həkim çox danışmağa icazə vermir.

“O hücumçulardan birini tanıyıb, Fərid adlı oğlandır. Bizim ofisə gəlib-gedirdi. İlqar deyib ki, onun əlində beşbarmağa oxşar dəmir parçası olub. İlqara məhz Fərid zəng edib ofisə çağırıb”, Məlahət Nəsibova bildirib.

Onun sözlərinə görə, prokurorluq və polis ilkin sorğular aparıb, ofisə baxış keçirib. “Mən onlara da bildirdim ki, yerli Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirəm”, o qeyd edib.

M.Nəsibova deyib ki, həkimlər beyin nahiyəsinə və daxili qanaxmadan şübhələnir. Həkimlər üz nahiyəsində qanaxmanın qarşısını almaq üçün sağ və sol qaşlarının altına, çənə, burun nahiyələrinə tikişlər qoyublar.

“Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür”, o qeyd edib.-03B-

*   *   *

Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda QNT və demokratiyanın inkişaf mərkəzinə hücum etmişlər.

Hücum edən şəxslər Mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döymüş və ofisi dağıtmışlar. Bu barədə Turana Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova bildirib.

«İlqar çoxlu qan itirib və Huşsuz vəziyyətdədir, ona çoxsaylı xəsarətlər yetirilib», – deyə Məlahət Nəsibova telefonla bildirib.

Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.

Qeyd edək ki, Resurs mərkəzi Naxçıvanda yeganə  müstəqil QHT-dir və çoxdan bəri yerli hakimiyyət tərəfindən təqib obyektinə çevrilib.

Məlahət və  İlqar Nəsibovalara dəfələrlə hədələrə və fiziki təzyiqlərə məruz qalıblar. Və heç vaxt onlara qarşı cinayətlər araşdırılmayıb.

Ötən həftə naməlum şəxslər onların Naxçıvandakı mənzillərinə soxulmaq istyəiblər.

289 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlqar Nəsibovun durumu ağır olaraq qalır

22 Ağustos 2014

By
@
backtotop