Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azad edilməsini tələb edir

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı vahid siyasi məhbus siyasının dəstəklənməsi barədə bəyanatla çıxış edib.

Alyansın   turana daxil olan bəyanatında deyilib ki, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ərsəyə gətirdikləri məhbus siyahıları İşçi Qrupunun iştirakı ilə birgə siyasi məhbuslar siyahısının hazırlanmasını alqışlayır və təqdir edir.

98 siyasi və vicdan məhbusunun adı və onların işləri üzrə məlumatların əks olunduğu siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanmaqla ölkədə həbsdə olan siyası məhbusların sayını və real mənzərəsini əsasən əks etdirir.

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dünyanın ən çox vicdan və siyasi məhbusların olduğu avtoritar ölkələrdən birinə çevrilməkdədir. “deyə bəyanatda deyilir.

 “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı İşçi Qrupunun hazırladığı vahid siyasi məhbus siyahısını dəstəkləməklə yanaşı qeyd edib ki, Alyans siyasi motivlərlə həbs olunan, adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının və onlarla bağlı cinayət işi ilə əlaqədar məlumatların İşçi Qrupuna təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı yerli və beynəlxalq QHT- ləri İşçi Qrupun təqdim etdiyi vahid siyasi məhbus siyahısını dəstəkləməyə, adları həmin siyahıda olan bütün siyasi məhbusların tezliklə azad olunması istiqamətində fəal mübarizəyə çağırır.

Alyans eyni zamanda Azərbaycan hökümətindən ictimai- siyasi fəallara qarşı ölkədə genişlənən repressiyaları durdurmağı və həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azad edilməsini tələb edir.

386 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azad edilməsini tələb edir

21 Ağustos 2014

By
@
backtotop