Beynəlxalq təşkilatlar Leyla Yunusun vəziyyətindən narahatdır

Hüquq müdafiəçilərinin qorunması üzrə observatoriya – Ümumdünya İşgəncələr Əleyhinə Təşkilatın və Beynəlxalq İnsan Hüquqları Federasiyasının birgə proqramı Azərbaycanda həbsdə olan tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həyatna təhlükənin olduğunu bildiriblər.

Cenevrədə yerləşən təşkilatın bəyanatında deyilir ki, kəskin şəkər xəstəsi olan L.Yunus  acınacaqlı şəraitdə saxlanılır, ona tibbi yarıdım göstərilmir. Həmin kiçik yerdə ondan başqa 6 nəfərə də saxlanılır və təmiz hava yoxdur.

Kürdəxanı təcridxanasının administrasiyası ona dərman və ərzaq bağlamalarının gətirliməsini qadağan edir, halbuki L.Yunus pəhrizdə olmalıdır. Qırmızı Xaç Komitəsinin nümayəndələri L.Yunusa baş çəksələr də hakimiyyət onun həbsxana xəstəxanasına köçürülməsinə imkan vermir.

Bəyanatda qeyd olunur ki, L.Yunusun həbsindən bir neçə gün sonra onun həyat yoldaşı Arif Yunus da həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.

Həmin günlərdə digər tanınmış hüquq müdafiəçiləri Rəsul Cəfərov, İntiqam Əliyev həbs olunub, Həsən Hüseynlinin barəsində hökm çıxarılıb.

“Observatoriya Leyla və Arif Yunusların həbsindən ciddi narahatlığını bildirir. Həbsdə olan digərlərin taleyi də ciddi narahatlıq doğurur.

Qurum Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusların dərhal və şərtsiz azad edilməsini, onlara tibbi yardımın göstərilməsini tələb edir.

Belə durum Azərbaycanda hüquq-müdafiə fəaliyyətinə görə cəza kimi qəbul olunur və vətəndaş cəmiyyətinə qarşı repressiya dalğasından xəbər verir”, – sənəddə vurğulanır.

Observatoriya beynəlxalq birliyi Azərbaycanın dövlət başçısının, güc qurumlarının rəhbərlərinin, xaricdəki səfirliklərinin ünvanına müraciətlər göndərərək Leyla və Arif Yunusların dərhal azad olunmasını tələb etməyə çağırır.

153 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Beynəlxalq təşkilatlar Leyla Yunusun vəziyyətindən narahatdır

20 Ağustos 2014

By
@
backtotop