Leyla Yunusun vəziyyəti ağırdır

Avqustun 19-da vəkillər  Əlayif Həsənov və Anar Qasımlı həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevlə görüşüblər.

AzadlıqRadiosunun məlumatına görə, Əlayif Həsənov Leyla Yunusun saxlandığı şəraitin çox ağır olduğunu bildirib:  “Leyla Yunus 6 nəfərlə birgə 12 kvadrat metrlik, nəfəsliyin yarıyadək açılmasına icazə verilən otaqda saxlanılır. İsti və soyuq su verilməsində problemlər var. Onun saxlandığı kameraya xüsusi bir münasibət var. Həmin kameranın yanında Qobustan həbsxanasından gətirilmiş ömürlük məhbuslar var”.

Ə. Həsənov deyib ki, çoxsaylı müraciətlərə baxmayaraq, yaxınları L Yunusa saxlanılan gündən indiyədək pəhriz  yeməkləri və dərman preparatları çatdıra bilmirlər.

“Ağır şəkər xəstəsi olan bir adam dərman və pəhriz yeməkləri ilə təmin olunmur. Leyla xanım deyir ki, demək olar ki, ac saxlanılır. Yazışmalara imkan verilmir. Həbsxanaya aparılandan bəri üstündə olan 43 manat pulu belə xərcləməyə qoymurlar. O düşünür ki, fəaliyyətinə görə onu və həyat yoldaşı Arif Yunusu fiziki baxımdan məhv etmək istəyirlər. 20 illik vəkillik fəaliyyətimdə birinci dəfə idi ki, mənim istintaqdan görüşlə bağlı aldığım məktubu bir sıra yerlərə zəng edəndən sonra qəbul etdilər. Halbuki, həmin məktub xüsusi blankda, möhürlü bir sənəddir və ona görə əlavə harasa zəng eləməyə ehtiyac yoxdur. Bundan başqa Leyla Yunus vəkilləri ilə görüşə çox ciddi şəkildə yoxlanılaraq gətirilir”, – Ə.Həsənov bildirib.

Vəkil İntiqam Əliyevin səhhətində problemlər olsa da əhvalının yaxşı olduğunu bildirib. Onun sözlərinə görə, İ.Əliyev yenə də ona və Anar Qasımlıya digər siyasi məhbusların hüquqlarının müdafiəsinə ehtiyac olduğunu bildirib.“İntiqam Əliyev də bu günədək ailə üzvləri ilə görüşə bilməyib. Cəmi bir dəfə telefonla evlə danışa bilib. İntiqam Əliyev Avropa     Məhkəməsinə göndərilən və yarımçıq qalan işlərlə bağlı narahatdır. Belə ki, o işlərlə bağlı bütün sənədlər qeydiyyata alınmadan aparılıb. Halbuki, o sənədlərin İntiqam Əliyevlə bağlı aparılan istintaq işinə heç bir aidiyyəti yoxdur”, – vəkil vurğulayıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir neçə gün əvvəl Leyla Yunusun və digər hüquq müdafiəçilərinin saxlanma şəraitinin pis olması ilə bağlı xəbərlərin doğru olmadığını bəyan edib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da, İntiqam Əliyev avqustun 8-də həbs edilib. Leyla Yunus Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi də daxil olmaqla 6, İntiqam Əliyev isə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur. Hər iki hüquq müdafiəçisi ittihamları qəbul etmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

291 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunusun vəziyyəti ağırdır

20 Ağustos 2014

By
@
backtotop