ATƏT rəsmisi Anar Məmmədliyə kəsilən hökmü pislədi

anar_memmedliATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar Məsələlər üzrə Komitəsinin sədri, Portuqaliyadan olan deputat İzabel Santos hüquq müdafiəçisi Anar Məmmədlinin 5 il yarım azadlıqdan məhrum edilməsini pisləyib: “Azərbaycan hökumətinin sistematik olaraq mülki cəmiyyəti hədəfə alması Anar Məmmədliyə həbs cəzasının verilməsi ilə yeni həddə çatdı. Qorxuram ki, Anar Məmmədlinin yeganə cinayəti onun ölkə seçicilərinin hüquqlarını müdafiə etməsi olub. Onun məhkum edilməsi ATƏT-in insan hüquqları və demokratik öhdəliklər sahəsində dəyərlərinin alçaldığını göstərir”.
“Azadlıq” radiosunun məlumatına görə, İzabel Santos qeyd edib ki, iyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının sessiyası keçiriləcək: “Ümid edirəm ki, iştirakımızdan dolayı məhkəmə sistemi ATƏT öhdəliklərinin yerinə yetirilməsinə nəzər salacaq. Bu iclas həm də pozuntuların diqqətdən kənar qalmayacağını göstərəcək”.
Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə, qurumun icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova hökm oxunub. Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.
Anar Məmmədli ötən il dekabrın 16-da həbs edilib. O, külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunurdu.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürmüşdü. Mayın 26-da məhkəmə hökmü oxunandan sonra Bəşir Süleymanlı məhkəmə zalında həbs edilib.
312 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT rəsmisi Anar Məmmədliyə kəsilən hökmü pislədi

30 Mayıs 2014

By
@
backtotop