Nobel mükafatçısı qadınlar Leyla Yunusa azadlıq tələb edirlər

Nobel mükafatına sahib qadınların təşəbbüs qrupu Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Leyla Yunusu və onun həyat yoldaşı Arif Yunusu azad etməyə çağırıb.

Əsası 2006-cı ildə 6 nəfər Nobel mükafatçısı olan qadın tərəfindən qoyulan bu ictimai  qrupun bəyanatnda deyilir ki, həbsxanada L.Yunusun vəziyyəti kəskin şəkildə pisləşib. Prokurrluq ona dərman verilməsini ləngidir, xəstəxanaya yerləşdirməkdən imtina edir.

“Nobelçi qadınların təşəbbüs qrupu Azərbaycan hakimiyyətini L.Yunusa və onun həyat yoldaşına lazım olan hər cür tibbi yardımı göstərməyə çağırıb. Onların təhlükəsizliyinə görə məsuliyyət Azərbaycan hökumətinin üzərinə düşür.

Bu həbslər Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqlərin və məhdudiyyətlərin, bütün dünyada qadın hüquq müdafiəçilərinə qarşı təqiblərin bir hissəsidir.

BMT Baş Assambleyası ötən il mühüm qətnamə qəbul edərək bütün dövlətləri Leyla Yunus kimi hüquq müdafiəçilərini dəstəkləmyə və müdafiə etməyə çağırıb. Azərbaycan hakimiyyəti BMT-nin mülki və siyasi hüquqlar haqda Beynəlxalq paktını imzalamış dövlət kimi öz beynəlxalq öhdəliklərini yerinə yetirməli və hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına son qoymalıdır.

Biz Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusları dərhal azad etməyə çağırırıq”, – bəyanatda vurğulanır.

320 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Nobel mükafatçısı qadınlar Leyla Yunusa azadlıq tələb edirlər

18 Ağustos 2014

By
@
backtotop