Azərbaycanda daha bir jurnalist azadlığa çıxdı

elman_maliyev2010-cu ildə həbs edilən və 5 il müddətinə azadlıqdan məhrum edilən “Ekspress” qəzetinin sabiq əməkdaşı Elman Malıyev azadlığa çıxıb.
Movqe.az-a bu barədə məlumatı iqtisadçı, ekspert  Qadir İbrahimli verib. Q. İbrahimli bildirib ki, E. Malıyev azadlığa məhkəmə qərarı ilə çıxıb: “Jurnalist nümunəvi davranışına görə, cəzasının yerdə qalan hissəsindən azad edilib”.
Movqe.az-a danışan E. Malıyev hazırda azadlıqda olduğunu onun azadlığa çıxmasına dəstək olan bütün həmkarlarına, başda Qadir İbrahimli olmaqla hərkəsə minnətdar olduğunu, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevə təşəkkür etdiyini söyləyib: “İndi ailəmin yanındayam. Mənə dəstək olan, həbsdə olduğum müddətdə məni tək qoymayan bütün həmkarlarıma minnətdaram”.
E. Malıyev bundan sonra jurnalist fəaliyyətini davam etdirəcəyini söyləyib. Qeyd edək ki, “Ekspress” qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər.
350 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda daha bir jurnalist azadlığa çıxdı

30 Mayıs 2014

By
@
backtotop