Ramiz Yunus Lelyla və Arif Yunusn müdafiə komitəsinə Cəmil Həsənlinin başçılıq etməsini istəyir

Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qaynı Ramiz Yunus  L.Yunus və qardaşı Arif Yunusun həbsi və müdafiəsilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Bildiyiniz kimi, ailə üzvlərim Arif və Leyla Yunus gondarma ittihamlarla həbs olunub. Ailəmiz adindan onlara dəstək olan bütün dostlara, jurnalistlərə, bloggerlərə, siyasilərə və s. təbəgədən olan minlərlə namuslu və vicdanli insanlara təşşəkkür edirəm. Bununla yanaşi, haminizdan bircə xahişim var: calişin bu məsələdə bir mərkəzdən hərəkət edin, ayri-seckiliyə yol verməyin. Necə ki, Leyla xanim öz mübarizəsində hec vaxt ayri-seckilik etmədi. Məhz buna görə də bu missiyani, yəni Leyla və Arif Yunusun müdafiyə komitəsinin rəhbərliyi, ailəmizin adindan yaxin və etibarlı dostum, görkəmli ziyalı, Çəmil Həsənliyə havalə edirəm. Xahiş edirəm, Çəmil bəy bu məsələdə aqsaqqalliğ etsin, Leyla xanima və Arif bəyə hörməti olanları bir araya gətirsin. Bu yanaşma ilk növbədə həbsdə olanlara münasibətdə cox düz olar”.

Bu bəyanatda Yunus ailəsinin hüquqlarının müdafiəsini Milli Şuranın sədri Cəmil Həsənlinin öz üzərinə götürməsi xahiş olunur. Buna cavab olaraq C.Həsənli açıqlama yayıb və orada deyilir: “Birləşmiş Ştatlarda yaşayan dostumuz Ramis Yunusun bu gün mətbuata açıqlaması ilə tanış oldum. Bu günlər Yunuslar ailəsi üçün ağırdır. Azərbaycan cəmiyyətində, dünyada yaxşı tanınan, etibar edilən, etimad göstərilən tanınmış hüquq müdafiəçisi Leyla xanım, həyat yoldaşı, öz kitabları və yazıları ilə Dağlıq Qarabağ münaqişəsinin tarixinə, bugünkü durumuna aydınlıq gətirən, dünya miqyasında haqlı mövqeyimizi müdafiə edən Arif Yunus repressiya olunaraq  saxta ittihamlarla həbs ediliblər. Yəni, burada söhbət Azərbaycanın ictimai həyatında, sosial düşüncəsində önəmli rolu olan bir ailənin həbsindən, onların ictimai proseslərdən təcrid edilməsindən gedir.

Şübhəsiz, baş verənlər ağır hadisələrdır və bütün vasitələrlə haqsızlığa düçar eilən bu ailənin yanında olmalıyıq. Əslində, Azərbaycan cəmiyyətinin Leyla xanıma bir minnətdarlıq borcu var. 30 ilə yaxındır ki, sanbalı cismani varlığından, cəsarəti fiziki gücündən böyük olan bu bəstəboy qadın cəmiyyətin müdafiə gücünün simvoluna çevrilib. İndi onu müdafiə etmək hər kəs üçün bir vicdan məsələsidir. Düzünü deyim ki, Ramis bəyin məktubu olmadan da biz bu işi görürük və ictimai əsaslarla edə biləcəyimiz bir şeyləri edirik. Amma bütün hallarda göstərdiyi bu etimada görə Ramis bəyə təşəkkür edirəm. Bununla yanaşı dəfələrlə dediyimiz dərd gələndə batmanla gəlir. Həbsə alınan, nahaq şərə tuş gələn, repressiya qurbanlarımız çoxdur. Biz Leyla xanımın həbsindən sonra onun ofisində keçirdiyimiz toplantıda məsələni belə qoyduq ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Leyla xanımla yanaşı hakimiyyətin repressiyalarına məruz qalmış bütün vətəndaş cəmiyyəti təmsilçilərini, vicdan məhbuslarını, siyasi mülahizələrlə həbs edilən bütün şəxsləri müdafiə etməyi özümüzə borc bilirik. Şübhəsiz ki, Leyla xanımın qadın olması, cəmiyyət qarşında müstəsna xidmətləri, səhhətindəki problemlər ona daha çox diqqət ayırmağı tələb edir. Biz bunu nəzərə almalıyıq və alırıq da. Amma Leyla xanım nə Rəsul bəyin, İntiqam bəyin, Arif bəyin, Anar bəyin, İlqar bəyin, Tofiq bəyin, Yadigar bəyin, Pərviz bəyin, Qurban bəyin, Tale bəyin, bizim NİDA-çı dostlarımızın  və nə də adını çəkmədiyim onlarla siyasi məhbusun müdafiəsini öz müdafiəsindən  kənar düşünmürdü. Həbsdən əvvəl bu istiqamətdə onun göstərdiyi fədakarlıqlar gözümüzün qabağındadır və çox sağ olsun İşçi Qrupu ki, siyasi məhbus siyahısı ilə bağlı onun başladığı işi uğurla başa çatdıra bildi. Ona görə elan etdiyimiz kimi biz bu komitəni repressiya qurbanlarının hamısına aid edirik. Leyla xanım başda olmaqla onları müdafiə istiqamətində daxilində görə biləcəyimiz hər şeyi etməyə qərarlıyıq.  İndiyə qədər etdiyimiz müəyyən işlər, atdığımız bir sıra addımlar var və indi mən onun hesabatın vermək fikrində deyiləm. Eyni zamanda biz siyasi məhbus məsələsi üzərində hansısa bir monopoliya qoymaq fikrindən də çox uzağıq. İstər birlikdə, istər ayrılıqda olsun, hər kəs bu prosesdə iştirak edə, öz dəstəyini verə bilər.

Biz xüsusilə, İşçi Qrupun böyük fədakarlıqları hesabına hazırladığı vahid siyahının müdafiə edilməsini vacib hesab edirik. Kimin bu istiqamətdə  atdığı faydalı addımlar varsa onu təqdir edir, qiymətləndirir, eyni istiqamətdə aparılan işlərdə səylərin birləşdirilməsi, mövqelərin uzlaşdırılmasını da faydalı hesab edirik.  Bu məramla da qarşıdakı həftənin əvvəlində Müdafiə Komitəsinin toplantısını keçirməyi düşünür və arzu edən hər kəsi orada görmək istəyirik. Əgər kiminsə bu istiqamətdə fərqli yanaşması varsa ona da hörmətlə yanaşırıq”.-

300 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ramiz Yunus Lelyla və Arif Yunusn müdafiə komitəsinə Cəmil Həsənlinin başçılıq etməsini istəyir

16 Ağustos 2014

By
@
backtotop