ABŞ Bakını hüquq müdafiəçilərini azad etməyə və repressiyalara son qoymağa çağırıb

Azərbaycanda repressiyaların kəskinləşməsi fonunda ABŞ Bakını vətəndaş cəmiyyətinin sıxışdırılmasına, təşkilatların hesablarının dondurulmasına son qoyulmasına və öz əsas azadlıqlarını həyata keçirdiyinə görə tutulan şəxslərin buraxılmasına çağırıb.

“ABŞ-ın yaxın tərəfdaşları demokratik ölkələrdir, burada qanunun aliliyi insan hüquqlarını müdafiə edir, ədalət mühakiməsini təmin edir. Bu, çiçəklənməyə və stabilliyə can atan istənilən ölkə üçün vacib şərtdir”, – ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Qari Robins Vyanada ATƏT-in Daimi Şurasında bildirib.

“Vaşinqton Bakını Qarabağ münaqişəsinin dinc nizamlanması məqsədilə xalq diplomatiyasında iştirak edən tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun azad edilməsinə çağırır.

Bu, tanınmış hüquq müdafiəçliəri və vətəndaş fəalları İntiqam Əliyev, Rəsul Cəfərov, Emin Hüseynova da aiddir. Sonuncunu həbs təhlükəsi gözləyə bilər.

Biz Azərbaycan hakimiyyətini qanunun aliliyinə sadiq olmağa, insan hüquqlarına hörmətlə yanaşmağa və dinc vətəndaş cəmiyyətinin məhv edilməsinə son qoymağa çağırırıq”, – Robins vurğulayıb.

Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət zonası maksimuma endirilib, bu məhdudiyyətlər hətta ölkədə fəaliyyət göstərən bir sıra Amerika QHT-nə təsir göstərib.

“Biz Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşları üçün əsas insan hüquq və azadlıqları təmin etməyə çağırırıq”, – Robins vurğulayıb.

280 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ Bakını hüquq müdafiəçilərini azad etməyə və repressiyalara son qoymağa çağırıb

15 Ağustos 2014

By
@
backtotop