Millət vəkili senzura tələb edir

elton_memmedov“Azərbaycanda mətbuat üzərindən senzuranın götürlməsi o demək deyil ki, sən kimlərisə təhdid edə, onların haqqında əsassız informasiyalar yayasan”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov mətbuatda məmur və deputatlar haqqında təhdid xarakterli informasiyaların yayılmasından danışarkən belə deyib.
Onun sözlərinə görə, bəzi jurnalistlər söz azadlığı və plüralizmdən öz çirkin maraqları üçün istifadə edirlər: “Bu gün Azərbaycanda demokratik dəyərlər qorunur. Ən yüksək səviyyədə mətbuata dövlət dəstəyi göstərilir. Çox təəssüf ki, bəziləri bundan öz şəxsi maraqları üçün istifadə edir. Müəyyən dairələrin sifarişi ilə dövlət məmurlarının, deputatların, dövlətini sevən şəxslərin haqqında heç bir əsası olmayan informasiyalar yayırlar. Hesab edirəm ki, özünə hörmət edən, peşəkar jurnalistika ilə məşğul olan heç kəs bu cür yazılar yazmamalı, peşə etikasını unutmamalıdır. Bu cür hərəkətlərə yol verən jurnalistlər haqqında ciddi ölçü götürülməli, onların mətbuatda fəaliyyətinə qadağa qoyulmalıdır”.
237 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Millət vəkili senzura tələb edir

30 Mayıs 2014

By
@
backtotop