Məhkumlar ittihamları saxta adlandırdılar

2013-cü ildə İsmayıllıda baş vermiş iğtişaşlarla bağlı məhkumların apellyasiya şikayətlərinə Şəki apellyasiya məhkəməsində baxış davam edib.

Xatırladaq ki, Şəki məhkəməsi bu hadisələrlə bağlı 2013-cü ilin martında aralarında REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu da olmaqla 18 nəfəri iştişaların təşkialtçısı kimi məhkum edib.

Bu günkü məhkəmə baxışında məhkumların ifadələri dinlənilib. Onlar ittihamları birməanlı rədd ediblər. İlqar Məmmədov hadisələrlə yaxından tanış olmaq üçün İsmayıllıya gəldiyini bildirib. O, deyib ki, bloqundakı yazılarla bağlı siyasi motivlərə görə təqib qalır.

T.Yaqublu vaxt olacaq ki, siyasi məhbuslara uydurma ittihamlar irəli sürən hakimlərin özlərinin məhkəmə önündə cavab verəcəkləri bəyanatı səsləndirib.

Bundan sonra hakim növbəti məhkəməni sentyabrın 3-nə təyin edib. İ.Məmmədov hakimin bu addımını məhkəmə prosesini süni surətdə uzatmaq adlandırıb və Strasburq məhkəməsinə yeni şikayət göndərəcəyini bildirib.

311 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkumlar ittihamları saxta adlandırdılar

13 Ağustos 2014

By
@
backtotop