Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi”, İlqar Məmmədov zaldan çıxarılıb

Bu gün Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” ilə bağlı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayətinin baxışı davam edib.

İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin şikayəti üzrə apellyasiya şikayəti üzrə hazırlıq iclası mayın 20-də keçirilib. Məhkəmə baxışı iyunun 6-da başlayıb və sonra izahat verilmədən təxirə salınıb.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

Xatırladaq ki, mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Avropa İttifaqı, Fransa və Böyük Britaniya Xarici İşlər Nazirlikləri, ABŞ səfirliyi Məmmədov və Yaqublu barəsində məhkəmə qərarını pisləyib.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu və Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.

Bugünki məhkəmə prosesində hakim vəkillərə mantiya geymədiklərini irad tutub. Bu zaman Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu məhkəmənin qərarına işarə edərək deyib ki, “məsələ mantiyada deyil. Təki hakimlər məhkəməyə şortiklə gəlsinlər amma ədalətli qərar qəbul etsinlər”.

Vəkillər prosesin audio və video çəkilişlərinin aparılması, əsas şahidlərin dindirilməsi və gizli yazılmış telefon danışıqlarının elan edilməsi barədə vəsatətlər qaldırıb.

Vəkil Fuad Ağayev ReAl Hərəkatının lideri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarını xatırladıb. Amma məhkəmə heyəti Avropa Məhkəməsinin qərarını qəbul etmir. Bu zaman İlqar Məmmədov məhkəməyə “siz özünüzü Avropada biabır edibsiniz”, deyə etiraz edib.

Prokuror bütün vəsatətlərin əleyhinə çıxış edib. Məhkəmə də vəsatətləri qəbul etməyib. Bununla yanaşı, bəzi şahidlərin məhkəmədə dindirilməsi gözlənilir.

Məhkəmə avqustun 13-də saat 10-da davam edəcək.

161 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi”, İlqar Məmmədov zaldan çıxarılıb

12 Ağustos 2014

By
@
backtotop