AXCP fəalı həbs edilib

Avqustun 11-də “Azadlıq” qəzetinin və “Azərbaycan Saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun Sabirabaddakı ata evinə axtarış aparılıb. Polis evdən narkotik tapdığını bildirərək Natiq Ədilovun qardaşı AXCP fəalı Murad Ədilovu naməlum istiqamətdə aparıb. Bu barədə hazırda Sabirabadda olan Natiq Ədilov Turana bildirib.

“Evimizə gələn silahlı adamlar bacımın yastığının altından bükülü tapdıqlarını deyiblər. Adını narkotik qoyub qardaşımı həbs ediblər”, Ədilov deyib.

Onun sözlərinə görə qardaşının həbsi istər Muradın AXCP fəalı kimi öz fəaliyyəti ilə, istərsə də Natiq Ədilovun “Azadlıq” qəzeti və “Azərbaycan Saatı”ndakı işi ilə bağlı ola bilər.

Xatırladaq ki, Murad Ədilov bu ilin fevralında da saxlanılmışdı. O vaxt inzibati cəza ilə azad buraxılmışdı.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Turana bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş, 7,4 qram marixuana götürüb. Ədilovun evinə baxış zamanı isə 685 qram marixuana götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb və Ədilov saxlanılıb.

E.Zahidov Murad Ədilovun həbsinin siyasiləşdirilməsinin əleyhinədir. “Burada heç bir siyasi məqsəd ola bilməz. Konkret cinayət faktı var və vətəndaş əməlinə görə həbs edilib”, o qeyd edib.

274 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

AXCP fəalı həbs edilib

12 Ağustos 2014

By
@
backtotop