Yanqland həbs edilmiş fəallarla bağlı Əliyevə zəng edib

Bazar ertəsi səhər Avropa Şurasının Baş Katibi Tyornborn Yanqland prezident İlham Əliyevə zəng edib. Söhbətin yekunlarına görə o, bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan prezidenti ilə telefon söhbətində mən son günlər məşhur hüquq müdafiəçilərinin həbsi ilə bağlı dərin narahatlığımı bildirdim.

Biz Prezident Administrasiyasının və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupun fəaliyyətinin bərpa edilməsi barədə razılıq əldə etdik. Bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərdi. İşçi Qrupun fəaliyyəti Avropa Şurası nümayəndələrinin iştirakı ilə bərpa edilib.

Bu qurumun bərpası yaxın günlərdə baş tutacaq və hüquq müdafiəçilərinə qarşı irəli sürülmüş ittihamların yoxlanılması, habelə hakimiyyət və vətəndaş cəmiyyəti arasında dialoqun başlanması üçün yaxşı imkan olacaq”, deyə bəyanatda bildirilir.

308 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Yanqland həbs edilmiş fəallarla bağlı Əliyevə zəng edib

11 Ağustos 2014

By
@
backtotop