Apellyasiya Məhkəməsi Arif Yunusu həbsdə saxladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində konfliktoloq Arif Yunusun həbsi ilə bağlı şikayətinə baxılıb.

Prosesdə A.Yunus özü də iştirak edib. Bu barədə Turan-a vəkil Xalid Bağırov bildirib.

Məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, avqustun 7-də A.Yunus MTN İstintaq Təcridxanasına köçürülüb. Vəkilin sözlərinə görə, bununla bağlı heç bir izahat verilməyib.

Avqustun 5-də Nəsimi Rayon Məhkəməsi konfliktoloq Arif Yunusun 3 ay müddətinə həbs olunması barədə qərar çıxarıb.

İyulun 30-da o, polis nəzarətinə götürülüb, həyat yoldaşı, SDİ-nin direktoru Leyla Yunus isə həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətləri törətməkdə ittiham olunurlar.

Beynəlxalq hüquq müdafiə təşkilatları Yunusların həbsini pisləyiblər və onların cinayət təqibinin siyasi motivləri olduğunu bəyan ediblər.

317 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi Arif Yunusu həbsdə saxladı

11 Ağustos 2014

By
@
backtotop