Varşava Azərbaycanda fəalların həbs olunmasını pisləyir

Polşa Xarici İşlər Nazirliyi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının siyasi motivli həbslərindən narahatdır.

Bəyanatda deyilir ki, hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev, vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunuslar, Həsən Hüseynli, Rəsul Cəfərov, jurnalist Rauf Mirqədirov, eləcə də çoxsaylı müxalifət partiyalarının fəalları və onların ailə üzvlərinə qarşı sanksiyalar narahatlıq doğurur. Bu əsassız ittihamlar və həbslərin arxasında siyasi motivlər durur.

Bununla bağlı Polşa XİN Azərbaycan hökümətini sivil cəmiyyət üzvlərinə, siyası simalara və onların ailə üzvlərinə qarşı repressiyaları dayandırmağa çağırır, bu addımların stabilliyə təhlükə olduğunu xatırladır və Azərbaycan hökümətini Avropa Şurası , ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərinə hörmətlə yanaşmağa çağırır.

263 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Varşava Azərbaycanda fəalların həbs olunmasını pisləyir

11 Ağustos 2014

By
@
backtotop