Dunya Miyatoviç Azərbaycanda vətəndaş fəallarının təqibinin artmasını pisləyir

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda KİV və QHT fəallarının təqibinin artmasını pisləyib. Xüsusən, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və onun direktoru Emin Hüseynovun təqibi qeyd olunur.

Bu gün mülki geyimli naməlum şəxslər RATİ ofisinin qapısını sındırmağa çalışıblar, eyni zamanda prokurorluq nümayəndələri Emin Hüseynovun anasının evində axtarış aparıblar və onun kompüterini müsadirə ediblər.

Avqustun 5-də hakimiyyət Hüseynovun təcili tibbi yardım üçün Bakıdan İstanbula uçuşunu qadağan ediblər. Heç bir rəsmi izahat verilməyib.

“RATİ-nin ofisinin işğal edilməsi cəhdi və Emin Hüseynovun ailəsinin qorxudulması, onun ölkəni tərk etməsinin qadağan edilməsi Azərbaycanda KİV azadlığı sahəsində vəziyyətin genişmiqyaslı şəkildə pozulmasının dəlilidir.

Buna müstəqil jurnalistlərin, vəkillərin və blogerlərin məqsədyönlü təqibi daxildir”, deyə Miyatoviç bilirib. “Bir daha hakimiyyəti ölkədə KİV və azad səslərin davam edən təqibini dayandırmağa çağırıram”.

Avqustun 6-da Miyatoviç Hüseynovun müalicə üçün səfərinə qoyulmuş qadağanı aradan qaldırmaq xahişi ilə XİN rəhbəri Elmar Məmmədyarova məktub göndərib.

Miyatoviç həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərin təqibi çərçivəsində Media Hüquqları İnstitutunun və onun direktoru Rəşid Hacılının bank hesabları dondurulub.

“Bu hadisələr və ləkəyaxma kampaniyaları Azərbaycanda söz azadlığının ciddi şəkildə boğulmasına və onun inkişafına uçuruma gətirib çıxarıb ki, bunun da təkcə KİV-ə deyil, həm də bütünlükdə cəmiyyətə mənfi təsiri var”, deyə Miyatoviç bildirib.

“Hakimiyyətin əməlləri öz tənqidçilərini susdurmağa yönəlməməlidir. Azərbaycan hökumətini israrla ATƏT qarşısındakı öhdəliklərinə riayət etməyə və jurnalistlərə, söz azadlığı müdafiəçilərinə qorxusuz şəraitdə işləməyə imkan verməyə çağırıram”, deyə o qeyd edib.

Miyatoviç həmçinin yaxın gələcəkdə vəziyyətlə yerində tanış olmaq üçün Bakıya gəlmək istədiyini bildirib.

281 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Dunya Miyatoviç Azərbaycanda vətəndaş fəallarının təqibinin artmasını pisləyir

09 Ağustos 2014

By
@
backtotop