Məhkəmə İntiqam Əliyevi 3 ay müddətinə həbs etdi

Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində qərar çıxarıb.

Vəkil Anar Qasımlı Turan-a bildirib ki, İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, İntiqam Əliyev həbsinin arxasında siyasi motiv dayanır.

“Hüquq müdafiəçi Avropa Məhkəməsinə şikayətlər göndərdiyinə və korrupsiya faktlarını aşkarladığına görə həbs edildiyini düşünür”, deyə vəkil bildirib.

175 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə İntiqam Əliyevi 3 ay müddətinə həbs etdi

08 Ağustos 2014

By
@
backtotop