Kənd sakini baş prokurordan kömək istəyir

prokurorluqSalyanın Aşağı Noxudlu kənd sakini Şirinbəyim Bayram qızı Eyvazova baş prokuror Zakir Qaralovdan kömək istəyir. Məktub müəllifi yazır ki, 2 aprel 2014-cü ildə qızı Afət Ağakərim qızı Cəfərovanın (Eyvazova) asılmış meyiti yaşadığı Salyanın Aşağı Noxudlu kəndindəki evində aşkar olunub: “Bir ana kimi deyirəm ki, qızımın özünə qəsd etməsi versiyası ilə razı deyiləm. Qızımın 2 qız nəvəsi var. 1 qızı Pedaqoji Universtetinin axırıncı kursunda, oğlu Şirvan şəhərində texnikumda oxuyur. Qızım zəhmətkeş, fiziki cəhətdən sağlam bir qadın idi. Kənd orta məktəbində xadimə işləyirdi, təsərrüfatla məşğul olurdu.
Ölən günə qədər həyat yoldaşı Abdul Cəfərovla münaqişəli həyat sürürdü. Bunu onun uşaqları, qonşuları və qohumları təsdiq edə bilərlər. Ölməmişdən 5-10 dəqiqə qabaq qızım qızına zəng edib və həyat yoldaşının onu öldürdüyünü deyib. Bunu telefon zəngləri də sübut edir. Cənab baş prokuror!
Qızımla həyat yoldaşı arasında daim mübahisəli vəziyyətin olması, həyat yoldaşının hər xırda məsələyə görə evdə dava-dalaş salması belə fikrə gəlməyimə səbəb olub ki, qızımı öldürüblər və sonra asıblar. Qızımın başında xəsarət izləri də vardı.
Qızımın asıldığı yerdə ayağının altında stul olmayıb. Boynuna bağlı olan ip sürüşkən deyildi. Düyünlənmiş halda idi. Onun asıldığı yer qızımın boyuna bərabər olub. Ayağı yerə dəyən səriştəsiz adam özünü asa bilməz. Yəni ki, onun müstəqil olaraq özünü asmaq üçün heç bir səbəbi yox idi. Bir ana kimi onun olüsünü görəndə dəhşətə gəldim. Çünkü onun əynindəki paltar onun gündəlik geydiyi paltar deyildi və onun baş tərəfınin arxa sağ tərəfı qaralmışdı. Əynindəki paltar ona sonradan geyindirilib. İstintaqın gedişindən mənə bəlli oldu ki, həmin gün geydiyi və düymələri qırılmış xalat maddi subut kimi hadisə yerindən götürülməyib. Bu haqda daha məlumatlı, onun ölümündən qabaq zəng etdiyi kiçik qızıdır. Ancaq o ata qohumlarının təsiri və qorxusu altında olduğu üçün həqiqəti söyləyə bilmir. Qızımın oğlu (nəvəm) dörd mərasimi qurtarana qədər bizdən xahiş edirdi ki, atamdan şikayət etməyin evi mənim adıma keçirəcək. Mərhumun meyiti yarılaraq daxili müayinə olunmadan basdırılıb. Bu barədə biz sonradan bildik və rayon prokuroruna müraciətimiz əsasında meyit qəbrdən çıxarılaraq tibbi ekspertizaya göndərildi. Hətta meyidin daxili orqanlarının tibbi ekspertiziyaya getməsinə, ölümündən qabaq mərhum ananın zəng etdiyi qızı və Şirvan şəhərində texnikumda oxuyan oğlu imkan vermək istəmirdilər. Bu hadisənin peşəkar istintaq qrupuna ehtiyacı var. Ölüm hadisəsinin bir ay tamam olmasına baxmayaraq, artıq iki müstəntiq dəyişib və buna baxmayaraq, şübhəli şəxs qismində heç kim saxlanılmayıb”.
Aşağı Noxudlu sakini baş prokurordan xahiş edir ki, iş ədalətlə araşdırılsın: “Zakir Qaralov sizə inanıram və ona görə də sizdən xahiş edirəm ki, istintaqın hərtərəfli və ədalətli aparılması üçün peşəkar istintaq qrupunun qızımın ölüm işini araşdırlımasına öz köməkliyinizi əsirgəməyəsiniz. Ümidim ancaq sizədir!”

E.MƏMMƏDƏLİYEV

278 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kənd sakini baş prokurordan kömək istəyir

30 Mayıs 2014

By
@
backtotop