7 QHT-nin bank hesabına həbs (SİYAHI)

Azərbaycan Baş Prokurorluğunun təqdimatına əsasən rayon məhkəmələrinin qərarları ilə daha yeddi QHT-nin bank hesabına həbs qoyulub.

APA-nın məlumatına görə, həbs qərarı bəzi QHT rəhbərlərinin şəxsi hesablarına da şamil edilib.

Həmin QHT-lər sırasında Rəşid Hacılının sədri olduğu Media Hüquqları İnstitutu İctimai Birliyi, Elçin Abdullayevin sədri olduğu Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi, Əsabəli Mustafayevin sədri olduğu Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Ənnağı Hacıbəylinin sədri olduğu Azərbaycan Hüquqçular Assosiasiyası, Leyla Əliyevanın sədri olduğu Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Zöhrab İsmayılın sədri olduğu “Azad İqtisadiyyata Yardım” İctimai Birliyi var.

Bu QHT-lərlə bağlı Baş Prokurorluğun məhkəmələrə təqdimatı əsasən eyni məzmunludur. Təqdimatlarda qeyd edilib ki, cinayət işi Azərbaycanın bir sıra QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə istintaq olunur. Cinayət işi üzrə ABŞ-ın Marşal Fondu, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Humanitar Təşkilatın (İREX), Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycandakı nümayəndəlikləri və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən bu QHT-lərin bank hesablarına külli miqdarda vəsaitin köçürülməsi ilə əlaqədar həmin pul vəsaitinin cinayətin predmeti olmaqla, alət və vasitə kimi istifadə edilməsinə dair sübutlar mövcud olduğundan ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi, gələcəkdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin xüsusi müsadirəsinin təmin edilməsi, həmçinin özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədi ilə həmin QHT-lərin bank hesablarının üzərinə cinayət təqibinin davam etdiyi müddətdə ərzində həbs qoyulmaqla onlar üzrə əməliyyatlar aparılmasına xitam verilsin. Rayon məhkəmələri də bu QHT-lərin bank hesabları üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulması barədə qərar verib.

Eyni zamanda R. Hacılı, E. Abdullayev və Z. İsmayılın şəxsi hesabları üzərinə də həbs qoyulub.

Bir müddət əvvəl bank hesabına həbs qoyulmuş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və Z. İsmayıl açıqlamalarında adları çəkilən QHT-lərin və şəxslərin bank hesablarına həbs qoyulduğunu təsdiqləyib.

Qeyd edək ki, İREX-in Azərbaycan nümayəndəliyinin bank hesabına da təktərəfli həbs qoyulub. Bundan əvvəl Mirvari Qəhrəmanlının sədri olduğu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı, İntiqam Əliyevin sədri olduğu Hüquq Maarifçiliyi Cəmiyyəti, Rəsul Cəfərovun sədri olduğu Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Emin Hüseynovun sədri olduğu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun da bank hesablarına həbs qoyulub.

242 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

7 QHT-nin bank hesabına həbs (SİYAHI)

05 Ağustos 2014

By
@
backtotop