Vəkil: “Arif Yunus heç bir pozuntuya yol verməyib”

Sülh və Demokratiya İnstitutunun işçisi, konfliktoloq Arif Yunusun polis nəzarətində olma qaydalarını pozması barədə Baş Prokururluğun fikirləri əsassızdır. Bunu A.Yunusun vəkili Yusif Ağayev onun üç ay müddətinə həbsi ilə bağlı bugünkü məhkəmə qərarını Turan-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, A.Yunus hər gün saat 18:00-dək polisdə qeyd olunub. Ona Bakıdan çıxmamaq tapşırılıb və o da buna əməl edib.

Y.Ağayev hesab edir ki, konfliktoloqun həbsinin əsl səbəbi bir sıra beynəlxalq təşkilatların və hökumətlərin Leyla Yunusun həbsinə sərt reaksiya verməsidir.

Hazırda Arif və Leyla Yunuslar həbsdədir. Bakıda onların başqa yaxın adamları yoxdur ki, onlar üçün təcridxanaya yemək, dərman aparsınlar. Odur ki,Yunuslar ailəsinin dostları istintaq qrupundan xahiş edəcək ki, lazım olan əşyaları təcridxanaya aparmaq üçün bizlərdən birinə icazə versin.

Həmçinin müdafiə tərəfi Leyla və Arif Yunusların barəsində həbs qərarından şikayət etmək niyyətindədir.

320 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vəkil: “Arif Yunus heç bir pozuntuya yol verməyib”

05 Ağustos 2014

By
@
backtotop