ATƏT PA Azərbaycan rəsmilərini vətəndaş cəmiyyətinə basqılara son qoymağa çağırır

080100085833
ATƏT-ın Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Komitəsinin sədri İzabel Santos Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı basqıların sürətlənməsini pisləyərək rəsmiləri bu tendensiyaya son qoymağa çağırıb.

“Ölkənin vətəndaş cəmiyyətinə qarşı son təzyiqlərlə Azərbaycan müasir, demokratik dövlət olmaq istəyi barədə bəyanatını istehza mənbəyinə çevirir. Elə, yalnız son bir neçə gündə cərəyan edən hadisələr mənim şoka düşməyimə kifayət edib. Belə ki, insan haqları fəalı Rəsul Cəfərovun ölkədən çıxmasına qadağa qoyulub və Leyla Yunus, eləcə də həyat yoldaşına qarşı siyasi motivli ittihamlar irəli sürülüb”, xanım Santos bildirib.
“Bu və başqa narahatedici hadisələrin ATƏT-in Parlament Assambleyasının İllik Sessiyasının Bakıda keçirilməsindən bir aydan az vaxt ərzində baş verməsi utancvericidir. Mən Azərbaycan rəsmilərini üzərilərinə götürdükləri ATƏT-in insan haqları öhdəliklərinə ciddi yanaşmağa və bu tendensiyaya dərhal son qoymağa çağırıram”, deyə Parlament Assambleyasının komitə sədri vurğulayıb.

306 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT PA Azərbaycan rəsmilərini vətəndaş cəmiyyətinə basqılara son qoymağa çağırır

02 Ağustos 2014

By
@
backtotop