Vaşinqton Cənubi Qafqaza daha çox diqqət yetirməlidir

080100085796
(Amerikanın Xarici Siyasət Elmi-Araşdırma İnstitutunun (FPRİ) baş elmi əməkdaşı, Qafqaz, Mərkəzi Asiya və Türkiyə üzrə mütəxəssis Cerald Robinsin Turan agentliyinə müsahibəsi)

Sual: Bu yaxınlarda Konqres Ukraynaya Moldova və Gürcüstan ilə birlikdə NATO-ya daxil olmayan müttəfiq statusu verən qanun layihəsi qəbul edib. Bundan başqa, konqresmenlər Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməyi təklif edirlər. Bu qərarı necə şərh edərdiniz? ABŞ Azərbaycana bununla bağlı necə kömək edə bilər?

Cavab: Bu, düzgün istiqamətdə atılmış addımdır, amma qanun layihəsi ciddi təcrübi tədbirlərlə əsaslandırılmasa, bunun bir faydası olmayacaq. Konkret desək, mən xüsusi olaraq mümkün təcavüzün qarşısının alınmasına yönəlmiş müdafiə təyinatlı silahı nəzərdə tuturam.

Bu ölkələrdə hərbi konsultativ missiyaların yaradılması hesabına qətnamə daha da gücləndiriləcək. Bu, qəribə səslənə bilər, amma son vaxtlar ABŞ-ın Rusiya ilə münasibətlərinin “həddindən artıq yüklənməsi” siyasəti nəticə verməyib.

Hazırki şəraitdə Rusiya ilə həmsərhəd olan istənilən ölkə etnik və ərazi münaqişəsi təhlükəsi yaşayır. Azərbaycandakı vəziyyət buna açıq-aydın sübutdur. Təkcə Rusiyanın Şimali Qafqazla narahat sərhədi deyil, həm də İranla cənub sərhədini nəzərdə tuturam, bu sərhədi də diqqətdə saxlamaq lazımdır.

Bakı enerji resurslarının istehsalçısıdır v respublikanın neft-qaz potensialı Avropa bazarlarında Rusiya inhisarının maraqları üçün təhlükə mənbətidir. Qərb Rusiya qazından asılılığını aradan qaldırmaq istəyirsə, Azərbaycanın fəal dəstəyi məntiqi alternativ ola bilər. Sıx strateji əməkdaşlığın qurulması da Bakı üçün faydalı olacaq, xüsusən Rusiyanın son hərəkətləri fonunda.

Sual: Ukrayna hadisələri Cənubi Qafqaza necə təsir göstərə bilər?

Cavab: Ukraynadakı vəziyyət bütün postsovet məkanı üçün xəbərdarlıqdır. Krımda və hazırda Ukraynanın şərqində baş verənlər Baltika, Şərqi Avropa, habelə Cənubi Qafqaz ölkələrinin müstəqilliyinə və ərazi suverenliyinə təsir edir.

Konkret olaraq Cənubi Qafqaza gəlincə, Gürcüstanda bir neçə il əvvəl baş verənləri yada salmaq lazımdır. Həmin vaxt Qərbin açıq-aşkar qətiyyəti çatmadı. Ola bilər ki, indi və xüsusən Malayziya aviaxəttinin “Boinq” təyyarəsi qəzaya uğradıqdan sonra Qərbin yanaşması dəyişər.

Sual: ABŞ-ın Qarabağ nizamlanmasında daha fəal olacağına ümid etmək olarmı?

Cavab: Hələlik Qarabağ məsələsində heç bir ciddi dəyişiklik yoxdur. ABŞ-ın diplomatiyası hazırda yeni “qaynar nöqtələr” siyahısının artması ilə məşğuldur, onlar Qarabağ problemini ikinci plana atır. Bundan başqa, burada Rusiyanın səyləri tələb olunur ki, son hadisələr fonunda bu, problemli görünür.

Sual: Yaxın gələcəkdə Cənubi Qafqazda ABŞ-ın yerini və rolunu necə görürsünüz? Bu regionda Amerika diplomatiyasının iştirakının fəallaşmasına nə təsir edə bilər?

Cavab: Cənubi Qafqazın strateji dəyərini və artmaqda olan iqtisadi əhəmiyyətini nəzərə alsaq, Vaşinqton bu regiona daha çox diqqət yetirməlidir. Bunu yavaş-yavaş başa düşürlər, xüsusən hökumət dairələrində. Lakin regionun özündə və onun hüdudlarından kənarda nəticəsi olan hansısa hadisə baş verərsə, vəziyyət dəyişə bilər.

185 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vaşinqton Cənubi Qafqaza daha çox diqqət yetirməlidir

01 Ağustos 2014

By
@
backtotop