Azərbaycanda siyasi məhbus problemi öz aktuallığını saxlamaqdadır – Statistika

turmeMəhkəmələr bu ilin mart ayından bəri siyasi məhbuslara üst-üstə bir əsr yarıma yaxın həbs cəzası kəsiblər

Yanvarın 13-də Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər Polis Şöbəsində saxlanıb.

Martın 17-də İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərə – Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublu 5 il, REAL Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov 7 il, digər İsmayıllı məhbuslar – Səftər Ağamalıyev 8 il, Vasif İbrahimov 8 il, Anar Həsənov 8 il, Qəmbər Ağamalıyev 4 il 6 , Şükran Möhübalıyev 2 il 6 ay, Elşən Qurbanov 5 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay, Cəfər Cəfərov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunurlar.

May ayı isə digər siyasi məhbuslarımız üçün çox sərt keçdi. Siyasi fikirlərinə görə müxtəlif ittihamlarla təqsirləndirilən 12 nəfər şəxs 3 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum ediliblər.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Molotov kokteyli” düzəldərək dövlət çevrilişi etmək cəhdində təqsirləndirilən NİDA-çı gənclər- Şahin Novruzlu 6 il, Məhəmməd Əzizov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə 8 il müddətinə azadlıq məhrum olundular.

15 mayda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli silah qaçaqmalçılığı (Cinayət Məcəlləsi, maddə 206.3.2) və qanunsuz silah gəzdirmə (CM, maddə 228.2.1) ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edildi. Onu da qeyd edək ki, beynəlxalq təşkilat “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il 6 ay, qurumun icraçı direktoru Bəşir Süleymanlı isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Onlar ötən il dekabrın 16-da həbs ediliblər və külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunan, «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olan gənc bloqqer Əbdül Əbilov mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Üst-üstə Azərbaycan hakimiyyəti siyasi məhbusları 145 il yarım müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, mayın 27-də ölkə başçısının imzaladığı əfv sərəncamı ilə siyasi baxışlarına görə həbs olunanlardan heç kəs azadlığa çıxmadı.

“Yeni Müsavat” qəzeti

301 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda siyasi məhbus problemi öz aktuallığını saxlamaqdadır – Statistika

30 Mayıs 2014

By
@
backtotop