Hüquq müdafiəçisinin mənzilində axtarış aparılıb

073000085531
Hüquq müdafiəçisi Rəsul Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilib. Bu barədə hüquq müdafiəçisi facebookdakı səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, bu gun saat 10:00-dan 14:00-a dək bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid qismində dindirilib: “Dindirmə zamanı bütün suallara cavab verdim. Bundan sonra mənzildə axtarış aparıldı, axtardıqları heç bir sənəd mənzildə yox idi, bu barədə demişdim, amma axtarışı da apardılar ki, hər şeyi özləri görsün. Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim.

Hər şey qaydasındadır. Bizim gizlədəcəyimiz heç nə yoxdur. Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub, açıq şəkildə hesabdan çıxarılıb. Zəruri bütun maliyyə sənədlərimiz var, mütəmadi olaraq fəaliyyətimiz barədə məlumat veririk. Fəaliyyətimiz müntəzəm və geniş şəkildə KİV-lər tərəfindən işıqlandırılır. Gördüyümüz işlərin nəticələri (hesabatlar, videoroliklər, multimedia məhsulları, sənədli film və s.) sosal şəbəkələrdə geniş yayılır. Biz sırf hüquq müdafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik”

Gozetci.az

294 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdafiəçisinin mənzilində axtarış aparılıb

31 Temmuz 2014

By
@
backtotop