Leyla və Arif Yunusa qarşı ağır ittihamlar irəli sürülüb

073000085549
6 saatlıq dindirmədən sonra saat 18:10-da Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Baş Prokurorluun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin binasından çıxarılaraq qara maşınla aparılıb. Maşın böyük sürətlə naməlum istiqamətə hərəkət edib, bu barədə Turan-ın müxbiri hadisə yerindən bildirib.

Xatırladaq ki, Yunus bu gün saat 11:45-də saxlanılıb.

Onun həyat yoldaşı Arif Yunus Prokurorluğun İstintaq İdarəsinin binasındadır.

İndicə məlum olub ki, Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlrin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Leyla Yunus həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon məhkəməsinə aparılıb.

Arif Yunus barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Ona qarşı 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. Onun sözlərinə görə, Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.

290 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla və Arif Yunusa qarşı ağır ittihamlar irəli sürülüb

30 Temmuz 2014

By
@
backtotop