Baş Prokurorluq hüquq müdafiəçisinin ölkədən çıxmasını qadağan edib

073000085531
Baş Prokurorluq hüquq müdafiəçisi Rəsul Cəfərovun ölkədən çıxmasını qadağan edib. Bu barədə Turan-a Cəfərov özü bildirib.

İyulun 28-də axşam o, qatarla Tbilisiyə gedib, lakin 29-da səhər Böyük Kəsik stansiyasında sərhədçilər onu ölkədən buraxmayıblar. Məlum olub ki, qadağa iyulun 25-də qoyulub.

Bir müddət əvvəl prokurorluğun təqdimatı əsasında Cəfərovun bank hesablarına həbs qoyulub.

Belə ki, iyulun 6-da Cəfərov Kiyevdə öz bank kartlarından istifadə edə bilməyib.

Ayın 7-də “Respublika” bankında bunu “texniki problemlərlə” izah ediblər, amma sonradan hesablara həbs qoyulması haqqında məhkəmə qərarı olduğunu bildiriblər.

İyulun 16-da Cəfərov Səbail rayon məhkəməsinə müraciət edərək, hesablarına həbs qoyulması haqqında qərarın ona təqdim edilməsini tələb edib. Hələlik işə baxılmayıb.

Cəfərov bu məhdudiyyətlərin səbəblərini anlamır, belə ki, o, heç bir cinayət işi üzrə nə şahid, nə də təqsirləndirilən şəxs kimi keçmir. O, hətta bir dəfə olsun prokurorluğa çağırılmayıb. Bu səbəbdən iyulun 30-da o, Baş Prokurorluğu məhkəməyə verib.

Hüquq müdafiəçisi hesab edir ki, ona qarşı sanksiyalar hakimiyyətin iyunda Strasburqda AŞPA-nın sessiyasında Azərbaycanda insan hüquqlarının pozulması haqqında məruzənin təqdimatına cavabıdır. Bundan sonra hakimiyyətyönlü KİV-lərdə hüquq müdafiəçisinə qarşı qara piar kampaniyası başlayıb.

Son illər Cəfərov ölkənin ən fəal hüquq müdafiəçilərindən biridir.

Hazırda o, “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorudur.

275 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Baş Prokurorluq hüquq müdafiəçisinin ölkədən çıxmasını qadağan edib

30 Temmuz 2014

By
@
backtotop