Hesablama Palatası təbii fəlakətlərin nəticələri ilə məşğul olacaq

072800085362
Azərbaycan Respublikası Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub. Məqsəd fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsidir.

AHP-nin saytında qeyd edilir ki, bu barədə qərar 16-19 iyun tarixlərində Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Niderland Krallığının Haaqa şəhərində keçirilmiş IX Konqresi zamanı qəbul edilib. Tədbirdə Azərbaycanla yanaşı Ukrayna, Belarus, Macarıstan, Qazaxıstan, Moldova, Polşa və Rusiya da təmsil olunub.

Məlumatda bildirilir ki, təbii və texnogen fəlakətlərin müasir dövrdə beynəlxalq xarakter daşıması, bu fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılmış vəsaitlərin effektiv istifadəsinin təmin edilməsi AAQ-ların bu istiqamətdə intensiv və qarşılıqlı fəaliyyətlərini zəruri edib.

272 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hesablama Palatası təbii fəlakətlərin nəticələri ilə məşğul olacaq

28 Temmuz 2014

By
@
backtotop