QMİ-də “Qüds dinləmələri” keçirilib”

25895
Qafqaz Müsəlamanları İdarəsi (QMİ) “Qüds günü” ilə bağlı dinləməər keçirib.

İslam dünyasında baş verən hadisələrə toxunulub. “Qüds günü”nün qeyd olunmasının İran inqilabının lideri ayətüllah Xomeyninin 1979-cu ildə təklifilə ərsəyə gəldiyi deyilib. Həmin vaxtdan bu yana Ramazan ayının son cümə günü “Qüds günü” kimi yad edilir. Bu addım “Qüdsü anmaq, Qüdsü ununtmamaq” kimi təbliğ edilir. Bu təklif həm də uzun müddət düşmənə qarşı təkbaşına mübarizə aparan Fələstin xalqına islam dünyasının dəstək verməsi, müsəlmanların mübarizə meydanında fələstinliləri tək qoymaması anlamına da gəlir.

“Yaxın Şərqdə, Qəzzada, İraqda, eləcə də müsəlman aləmində baş verən hadisələr bizi ciddi narahat edir”,- QMİ sədri, şeyxüilsam Allahşükür Paşazadə islam dünyasında baş verən proseslərə toxunub. Hazırda dünyada münaqişələr zonasında yaşayan insanların sayının rahatlıqda yaşayan insanlardan çox olduğu iddia edilib.

İslam ölkələrinin əksəriyyətinin terrorçu qrupların əlində qaldığı, terrorun gündə 100-lərlə insanın ömrünə son qoyması, amma buna qarşı qəti mübarizə aparılmadığı nəzərə çatdırılıb. Müsəlman ölkələrinin əksəriyyətində “ərəb baharı” inqilablarının sonunun dövlətsizlik, özbaşınalıq, terror və s. neqativ cəhətlərlə başa çatdığı yada salınıb. “Mən büradan bütün dünyaya səslənirəm, terror, dini zəmində qarşıdurmalara qarşı ən ciddi şəkildə mübarizə aparılmaldıdır, əks halda dünyanın öz sonu yaxşı görünmür”, – QMİ sədri xəbərdarlıq etdi. Konkret olaraq Qəzzada baş verən insan qırğınına toxunan QMİ sədri kütləvi insan qırğınını insanlığa qarşı cinayət adlandırıb. İsrail dövlətinin buna görə məsuliyyət daşıdığı deyilib. İsrail dövlətindən dərhal atəçşi saxlamaq tələb edilib.

“Bu terror qrupları xaricdən idarə edilir və onların İraq daxilində dayaqları yoxdur”,- İraqın Azərbaycan səfiri ölkəsində baş verənlərə aydınlq gətirib. Mosul kimi iri bir şəhərin bir neçə yüz adam tərəfindən bir neçə saata işğal olunmasını mümkün saymayan səfir bunun arxasında hansısa siyasi oyunların durduğu iddia edilib. Burada əsas məsələnin İraqın parçalanmasından ibarət olduğu nəzərə çatdırılıb. Mosul və Telfer şəhərlərini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) adlı terror qruplaşmasının iki aya 6 min insanı qətlə yetirdiyi xatırladılıb. Bu qırsğının dayanmadığı, hələ də davam etdiyi vurğulanıb. İraqı ərəb, kürd və türk millətlərinin təşkil etdiyi və buna görə də ölkənin taleyini bu üç millətin yekun qərarının həll etməsinin vacibliyi qeyd olunub.

“Iraqda baş verən hadisələrdə islamdaxili fərqliliklərin düşmənçilik səviyyəsinə gətirilməsi səylərini görməmək mümkün deyil”, – İranın Azərbaycan səfiri Möhsün Pakayin bəyan edib. İsraili Qəzzədə insan qırğınından çəkindirməyin vacibliyi qeyd olunub. Bu tökülən qanlara görə İsrailin beynəlxalq birlik önündə açıqlama verməsi tələb olunub.

Daha sonra dinləmələrin yekunu olaraq QMİ bəyanat qəbul edib. Müəlliflər Qəzzədə baş verən insan qırğınının təkcə müsəlmanları yox, bütün insanlığı dəhşətə gətridiyi qeyd edilir. Dünyanın gözü önündə baş verən insan faciəsinə insanlığın biganə yanaşdığı vurğulanır. Bu insanlıqdankənar addımların Qarabağ dəhşətlərini, Xocalı soyqırımı dəhşətlərini yaşayan azərbaycanlılara tanış hiss olduğu yada salınır. Müəlliflər bütün dünyaya müraciət edərək Qəzzədə, İraqda, Suriyada faciələri dayandırmağa çağırırlar. İŞİD-in İraq və Suriyada minlərlə günahsız insanı qətl ertməsi bəşəriyyətə qarşı cinayət kimi təsnif edilib.

Heç bir ideoloji və siyasi hədəfin insan qırğınına haqq qazandırmaq gücü olmadığı qeyd edilərək Qəzzədə baş verən fəlakətin dayandırılması tələb olunur. Bundan ötrü dövlətlərin, beynəlxalq qurumların səylərini birləşdirmələri təklif olunur.

“Günahsız insan qanı axıdanlar, onların havadarları, terrora haqq qazandıranlar, gec və ya tez Yaradan önündə mütləq cavab verəcəklər”, – müəlliflər bildiriblər.

244 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

QMİ-də “Qüds dinləmələri” keçirilib”

26 Temmuz 2014

By
@
backtotop