Riçard Morninqstar: “Biz fəalları və QHT-ləri pozucu qüvvə hesab etmirik”

richard-morningstar
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Milli İncəsənət Muzeyində Amerikanın maliyyələşdirdiyi mübadilə proqramlarının məzunları qarşısında vida çıxışı edib.

Səfir Morninqstar iyulun sonunda ölkəni tərk edəcək.

O bildirib ki, mübadilə proqramları ABŞ-ın Azərbaycanda ən dəyərli proqramlarındandır. “Siz Azərbaycanın gələcək liderlərisiniz və əksər hallarda artıq öz çiyinlərinizə mühüm liderlik məsuliyyətləri götürürsünüz”, – o qeyd edib.

Çıxışda deyilir:

“İlk öncə mən aydınlaşdırmaq istəyirəm ki, mənim və həyat yoldaşım Feysin ötən iki il ərzində burada olmağımızın bir səbəbi var: biz Azərbaycana dərin məhəbbət bəsləyirik. Ötən iki il ərzində mənin dediklərimdə və etdiklərimdə bir məqsəd olub: Azərbaycanın demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək. Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam.

Mən səfir olmağa razılıq verdim, çünki bu ölkə və onun insanları ilə uzunmüddətli əlaqələrim var idi.

Mən Azərbaycana 1995-ci ildən səfər etmişəm və bir çox azərbaycanlını əsl dost hesab edirəm. Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm.

Vurğulamaq istəyirəm ki, Birləşmiş Ştatlar və mən Azərbaycanın ötən 23 il ərzində öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa yönəlmiş cəsarətli kursu təqdir edirik. Birləşmiş Ştatlar Azərbaycanın suverenlik və müstəqilliyini həmişə dəstəkləyəcək. Mən Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişib. İndi Bakı iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib və siz bununla fəxr etməlisiniz.

Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş etdirib. Təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qalıb. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olmuşdur. Birləşmiş Ştatlar kəməri dəstəklədi, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi.

Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqliyi eyni dərəcədə cəsarətli addım idi. Mən Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə təkan verməkdən çox məmnun oldum. Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, ikitərəfli ticarət və sərmayələr daha da artacaq.

Bu payız Azərbaycanla Birləşmiş Ştatlar arasında birbaşa uçuşlar həyata keçirilməyə başlayacaq. Çoxsaylı proqramlar var ki, onlar barədə çox az adam xəbərdardır.

Azərbaycan Kosovo, İraq və Əfqanıstanda özünün güclü dəstəyi ilə geosiyasi sahədə də cəsarət və qətiyyət nümayiş etdirib. Əfqanıstana hərbi qulluqçular göndərməklə yanaşı, Azərbaycan Əfqanıstana və oradan malların daşınması üçün nəqliyyat qovşağı olmağa dair siyasi qərar qəbul etdi. Azərbaycan bunu etməyə də bilərdi və bu sahədəki işimiz əngəlsiz yerinə yetirilib. Əməkdaşlığımız Dövlət Sərhəd Xidməti ilə kimyəvi maddələrin yayılması və insan alverinin qarşısının alınmasını da əhatə edir. Bu payız Azərbaycanla Birləşmiş Ştatlar arasında birbaşa uçuşlar həyata keçirilməyə başlayacaq. Çoxsaylı proqramlar var ki, onlar barədə çox az adam xəbərdardır.

Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işimizi davam etdiririk. Ötən iki ili Azərbaycanın paytaxtı və bölgələrdə olmaqla mən və Feys bu münaqişənin bütün Azərbaycanlılar üçün necə ağrılı olmasını öyrənmişik. Bu münaqişəyə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcəkdir. Bu sizin və regionun xalqlarının halal haqqıdır.

İkitərəfli əlaqələrimizin enerji və təhlükəsizlik elementləri vacibdir. Lakin, Azərbaycanla əlaqələrimiz onlarla məhdudlaşmır. Biz bütün səviyyələrdə rəsmilərlə daim demokratiya və insan haqları barədə müzakirələr aparırıq. Bu məsələlər Birləşmiş Ştatlar üçün önəmlidir. Onlar bizi və xarici siyasətimizi müəyyən edir.

Prezident Obamanın keçən ay Brüsseldə Avropalı gənclərə dediyi kimi, “bəli, biz demokratiyaya… müstəqil məhkəməyə və müxalifət partiyalarına, vətəndaş cəmiyyətinə və insanların öz seçimlərini etməsi üçün senzurasız məlumata inanırıq. Biz inandığımız məhz budur. Bizi güclü edən də budur.”

Göründüyü kimi, biz və Azərbaycan bu məsələlərə fərqli yanaşırıq. Lakin, hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Biz fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik. Biz bir-birimizin mövqelərini anlamağa çalışmalı və bir-birimizin maraqlarını qəbul etməliyik. Biz bu önəmli məsələlərdə bir-birimizi dinləməməzdən gəlməyi dayandırmalı və bu önəmli məsələlər barədə bir-birimizlə danışmalıyıq.

Biz anlayırıq ki, Azərbaycan mürəkkəb məkanda yerləşir. Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yuanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məqsədi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik. Biz sabitlik olmayan ölkələrdə bir çox ölkələrdə nə baş verdiyinin şahidi olmuşuq.

Bununla yanaşı, biz güclü şəkildə inanırıq ki, insanların özünü ifadə etməsi üçün onlara daha çox azadlıq verilərsə, Azərbaycan uzun müddət daha sabit olacaq. Biz bunu ona görə demirik ki, bu Birləşmiş Ştatları şad edəcək, ona görə deyirik ki, biz inanırıq ki, bu Azərbaycanın marağındadır. Biz inanırıq ki, sabitliklə açıqlıq arasında balans var və hesab edirik ki, insanların fəaliyyət göstərmək və özləri üçün imkanlar yaratmaq azadlığı olan ölkələr uğurlu olacaqlar. Bu, uzunmüddətli perspektivdə, həm insanların, həm də Azərbaycan hökumətinin marağındadır.

Açıq, fəal vətəndaş cəmiyyəti bir çox cəhətlərdən çox güclü müsbət qüvvə ola bilər. Azərbaycanda fəalların və QHT liderlərinin ağır zəhməti və fədakarlığı məndə dərin təəssüratlar yaratıb. Mən Feysin bu ölkədə çoxsaylı qadınlarla birgə gördüyü işdən xüsusi qürur duyuram. Fəallar və liderlər öz ölkələrini çox sevirlər. Onlar bu cəmiyyətdəki ehtiyacları görür və vəziyyəti yaxşılaşdırmaq istəyirlər. Onlar önəmli töhfə vermək istəyirlər. Biz bu kimi şəxsləri və ya təşkilatları pozucu qüvvə hesab etmirik. Mən aydın şəkildə bildirmək istəyirəm: Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir. Lakin, mən inanıram ki, hökumət bizim barəsində çox bəhs etdiyimiz məsələlərə, ən son Həsən Hüseynlinin məsələsinə xərc-fayda nöqteyi-nəzərindən gözdən keçirəcək və bu məsələlərin sabitliyi artırmasını, yoxsa lüzumsuz problemlər yaratdığını müəyyən edəcək. Biz QHT-ləri və vətəndaş cəmiyyətinin dəstəkləyirik, çünki biz onların işinin dəyərinə güclü şəkildə inanırıq. Bizim rəhbər prinsipimiz belədir ki, QHT-lər şəffaf şəkildə işləməlidir və biz hökumətlə sıx dialoqa çağırırıq.

Gələcəyə baxaraq, ümid edirəm ki, ikitərəfli əlaqələrimizin önəminin daha yaxşı anlaşılması və dəyərləndirilməsi artacaq. Biz anlayırıq ki, Azərbaycan öz yolunu seçmişdir və biz Azərbaycanın müstəqillik və suverenliyini güclü şəkildə dəstəkləyirik. Biz əlaqələrimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik. Lakin, bunu etmək üçün biz ortaq maraqlarımıza cavab verən məqsədlərə nail olunmasına əngəl törədən bəzi xoşagəlməz məsələləri həll etməliyik.

Yekunda bir daha bildirmək istəyirəm ki, Azərbaycanda səfir kimi çalışmaqdan şərəf duyuram. Mənim və Feysin burada keçirdiyi zaman bizim üçün həmişə əziz olacaq. Mən mühüm ikitərəfli əlaqələrimizin gedişatını çox yaxından izləməyə davam edəcəyəm və Azərbaycanın öz potensialına tam nail olmasını təmin etmək üçün bacardığım dəstəyi verəcəyəm. Mən həmişə bu ölkənin dostu olacağam və növbəti 20 il ərzində qarşılıqlı əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.

239 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Riçard Morninqstar: “Biz fəalları və QHT-ləri pozucu qüvvə hesab etmirik”

25 Temmuz 2014

By
@
backtotop