Avropa Şurasının baş katibi Əli İnsanovun işinin sonuna qədər getməyi vəd edir

072400085126
Bir qrup ictimaiyyət nümayəndəsi sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarının pozulmaqda davam etməsi ilə əlaqədar Avropa Şurasına müraciət edib AŞ Baş Katibi Tornbyern Yaqlandın cavabında deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə bir neçə işlə məşğul olur.

“Yekun qərarlar qəbul olunmuş işlər üzrə həmin qərarların tam yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən monitorinq aparılacaq. Bu, cənab Ə.İnsanovun işinə də aiddir.

Bu yaxınlarda Azərbaycana səfərim zamanı AŞ-ın diqqətini cəlb etmiş işlər üzrə məsələləri yüksək səviyyədə qaldırdım. Sizi inandırmaq istəyirəm ki, Azəbaycanın sədrliyi zamanı və ondan sonra AŞ-ın müxtəlif institutları hakimiyyətin AŞ dəyərlərinə və prinsiplərinə hörmət etməsi məsələsinə diqqət göstərməkdə davam edəcəklər”.

Bu barədə Turan agentliyinə keçmiş səhiyyə nazirinin yaxınları bildiriblər.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə mənimsəmə ittihamı ilə 11 il müddətinə həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub, lakin sonradan bu ittiham ləğv edilib.

2013-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun ədalətli mühakimə hüququnun pozulması haqqında qərar çıxarıb və hakimiyyətin üzərinə ona təzminat ödəmək öhdəliyi qoyub. Lakin bu qərar icra edilməyib.

198 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Avropa Şurasının baş katibi Əli İnsanovun işinin sonuna qədər getməyi vəd edir

24 Temmuz 2014

By
@
backtotop