Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini saxlanılıb

072300084984
Bu gün səhər Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimli saxlanılıb. Bu barədə Turan-a partiyanın ictimai-siyasi təşkilatlarla əlaqə şöbəsinin rəhbəri Elman Fəttah bildirib.

F. Kərimli anasını Bakı Sağlamlıq Mərkəzinə apararkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun başına torba keçirərək naməlum istiqamətə aparıblar.

Bundan əvvəl iyulun 17-də onun qardaşı Sirac Kərimli qanunsuz maddə saxlamaqda ittiham olunaraq həbs edilib. Onların evlərindən noutbuk götürülüb.

Müsavat Partiyasından güman edirlər ki, F.Kərimlinin saxlanması siyasi motivlərlə bağlıdır. Belə ki, gənc musavat.org saytının administratorlarından biridir və Facebook-da “İstefa” qrupunun yaradılmasında iştirak edib.

Öz növbəsində vəkil Nemət Kərimli Turan-a bildirib ki, hələlik saxlanılan şəxsin yeri müəyyən edilməyib. O, DİN-in 102 saylı xidmətinə telefon edib, lakin hələlik F.Kərimlinin taleyi barədə məlumat yoxdur.

DİN-in mətbuat xidmətindən bildirilib ki, iş gününün sonunadək məsələ ilə bağlı informasiya veriləcək.

274 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini saxlanılıb

23 Temmuz 2014

By
@
backtotop