Ketrin Kozman: Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət getdikcə pisləşir

072000084691
ABŞ-n Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) – dini sui-istifadələrin monitorinqi üçün yaradılmış müstəqil federal orqanın məruzəsi Azərbaycanda 51 dini məhbus olduğunu üzə çıxarıb.

Azərbaycan dini azadlıqlar məsələsində Əfqanıstan, Kuba, Qazaxıstan və s. kimi ölkələrlə birlikdə “2-ci səviyyə”də yer alıb.

USCRF-in baş analitiki Ketron Kozman Turan-a müsahibəsində Azərbaycandakı dini vəziyyətə baxışını paylaşıb.

Azərbaycan hökumətinin tolerantlıq haqqında bəyanatlarına baxmayaraq, son bir neçə ildə ölkədə dini azadlıqlar pisləşib. Hesabat dövründə (aprel 2013 – aprel 2014) dini təşkilatların bağlanması, vətəndaşlardan dini fəaliyyətə görə saxlanılması və cərimə olunması faktları olub, deyə o bildirib.

Azərbaycan hökuməti 2009-cu ildə din haqqında dini fəaliyyət dairəsini məhdudlaşdıran repressiv qanun tətbiq edirdi. Sonradan din haqqında qanunun pozulmasına görə cərimələr artırılıb (2010 və 2011-ci illərdə).

Qeydiyyatsız dini fəaliyyət qadağan edilib, qeydiyyatdan keçmiş qrupların fəaliyyətinə isə din haqqında qanun çərçivəsində ciddi nəzarət olunur.

2014-cü ilin yazında Azərbaycan parlamenti din, QHT haqqında qanunlara və digər qanunlara guya dini ekstremizmin qarşısının alınması üçün əlavə məhdudlaşdırıcı düzəlişlər edib. 2010-cu ildə pozuntulara görə cərimələr 16 dəfə artırılıb, deyə ekspert qeyd edib.

Ölkənin müsəlman icmaları xüsusi nəzarət altındadır: onların bütün liderləri dövlətin nəzarəti altında olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilib.

2010-cu ildə Təhsil Nazirliyi standart məktəb forması tətbiq edərək, məktəblərdə hicabı qadağan etdi ki, bu da 2012-ci ilin oktyabrında etirazlara və 72 islamçının həbsinə səbəb olub. 2014-cü ilin yazında hicab qadağası universitet tələbələrinə də şamil edilib.

2009-cu ildən etibarən Azərbaycanda bir sıra sünni məscidi bağlanıb ki, bu da etirazlara səbəb olub.

Naxçıvanda dini məhdudiyyətlər Azərbaycanın başqa regionlarında olduğundan daha ciddi xarakter daşıyır.

Hakimiyyət qeyri-loyal dini icmaların təqibi üçün dövlət qeydiyyatından istifadə edir. Dövlət qeydiyyatı olmayan dini icmalar qeyri-qanuni hesab olunur və istənilən növ təqiblərə məruz qala bilər.

Son illər polis müntəzəm olaraq reydlər aparır, dini yığıncaqlar təşkil edən və ya “zərərli” ədəbiyyat saxlayan vətəndaşları həbs edir. Bu hadisələr təkcə müsəlmanlara qarşı deyil, baptistlərə, adventistlərə, İeqova şahidlərinə qarşı da baş verir.

Dini ədəbiyyat da ciddi nəzarət altındadır. Son vaxtlar türk ruhani Səid Nursinin əsərləri də qadağan edilib.

Azərbaycanda dini məhbuslar kimdir? Bu suala cavabda Ketrin Kozman deyir ki, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, 2005-2011-ci illərdə 220 Azərbaycan vətəndaşı dini ekstremizm ittihamı ilə mühakimə edilib.

2013-cü ilin yanvar ayında AŞPA məruzəçisi Azərbaycanda insan hüquqları haqqında məruzə yayıb, məruzədə 23 nəfər islamçı qruplara, təşkilatlara və siyasi partiyalara üzv olduğuna görə mühakimə olunub. Onlar arasında İslam Partiyasının lideri Mövsüm Səmədov var.

http://www.uscirf.gov/sites/default/files/Azerbaijan% 202014_0.pdf 2011-ci ilin avqustundan Azərbaycanda dini səbəblərdən həbs edilmiş 51 məhbusun siyahısı dərc edilib.

Onlar arasında 31 hicab məhbusu, 10 nəfər azadxaberaz dini saytı ilə əlaqədar həbs edilmiş dindar, xeber44.com saytında nəşrlərlə bağlı Masallıdan 6 dindar, ilahiyyatçı Taleh Bağırzadə, müəllim Əbdül Nemət Süleymanov var.

Dini icmalar bundan sonra da təqib edilərsə, onların radikallaşması riski nə dərəcədə realdır.

Bu suala cavabda Kozman bildirib ki, hakimiyyət xarici dini təbliğatçıların radikal qruplar yaratmağa çalışdığını, onların qarşısının alınmalı olduğunu iddia edir.

Lakin müstəqil analitiklər hesab edirlər ki, hakimiyyət Qərbə yalançı təhlükə nümayiş etdirərək, hər şeyi böyüdür. Lakin son illər Azərbaycan hökumətinin məhdudlaşdırıcı qanunları və rəsmi siyasəti yerli icmaların radikalizm riskini xarici təsirdən daha çox artırır, Kozman belə hesab edir.

Azərbaycan vətəndaşlarının Əfqanıstanda, Pakistanda, İraqda və hətta Suriyada döyüşməsinin səbəbi nədir? Bu faktlar Azərbaycanda islam radikalizmindən xəbər verir?

Bu suala cavabda Kozman bildirib ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da radikal islamçılar var, amma hökumət bu problemə qarşı mübarizənin səmərəli üsullarını tapmayıb: qanunlar ideyaları və ya dinc dini təcrübəni deyil, faktiki zorakılığı cəzalandırmalıdır.

Azərbaycanda sünnilər və şiələr arasında münasibətlərin gərginləşməsi haqqında getdikcə daha çox danışılır, bu yaxınlarda Sumqayıtda “haricilərin” və “sələfilərin” iştirakı ilə dini fərqlər səbəbindən atışma baş verib.

Ola bilər ki, şiələr və sünnilər arasında fərqlər qismət nəsillərin dəyişməsi ilə bağlıdır. Yaşlı nəsil sovet ateizmi dövründə böyüyüb və sünni-şiə fərqlərini pis başa düşürdülər. Gənc nəslin, xüsusən Yaxın Şərqdə oxuyanların dini təhsili var və sünnilər və şiələr arasındakı fərqlərlə bağlı öz fikri var.

Bu fikir təkcə Sumqayıtda atışma fonunda deyil, şiələrin Sabirabadda vəhabinin saqqalını zorla qırxması faktı fonunda yaranır. Belə şeylər cavab reaksiyası doğurub və bir neçə şiəyə hücuma səbəb olub.

Dini fərq güc mənbəyidir, amma bu, hökumətin ədalətli və bacarıqlı siyasətini tələb edir ki, bu da, təəssüf ki, Azərbaycanda müşahidə olunmur.

“Azərbaycan hökuməti minimum dözümlülük nümayiş etdirir, hələ müxtəlif nöqteyi-nəzərlər ifadə edənlərə qarşı hörmətdən danışmırıq. Belə bir təəssürat yaranır ki, hakimiyyət yalnız rəsmi siyasəti dəstəkləyənlərlə barışır”, deyə o qeyd edib.

Fətullah Gülen və “Hizmet” hərəkatı amili Azərbaycanda necə rol oynayır? Bu suala cavabda Kozman deyib ki, Gülen təlimi mistik islam, türk milliyyətçiliyi, humanizm və vətəndaş xidmətinin sintezidir.

“Gülen məktəbi Azərbaycanda yüzlərlə tələbəyə təhsil verib və bəzi məzunlar dövlət dairələrində, elmi dairələrdə və özəl sektorda mühüm mövqelər tutub. Ekspertlər qeyd edirlər ki, Gülen məktəblərinin məzunları, bir qayda olaraq, yaxşı təhsillidirlər və cəmiyyətə yaxşı inteqrasiya ediblər, kosmopolitik dünya baxışları var. Lakin 2013-cü ilin sonlarında Türkiyədə siyasi böhran belə bir sual doğurdu: “Hizmet” hərəkatı əslində nə edir, onun siyasi məqsədləri varmı?”, deyə Kozman sözünə davam edibş

2014-cü ilin iyununda Azərbaycanda Gülenin bütün məktəbləri, SOCAR-ın bəyanatına görə, guya bahalı olduğu üçün bağlanıb. Bir il əvvəl bu şirkət Gülen tərəfdarlarından bu məktəbləri alıb.

Azərbaycanda Gülen məktəblərinin bağlanması o deməkdir ki, insanlar artıq yaxşı təhsil ala bilmirlər. “Ümid edək ki, bu uğursuz qərarın Azərbaycanda azlıq təşkil edən sünnilər üçün mənfi nəticələri olmayacaq”, deyə ekspert qeyd edib.

264 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ketrin Kozman: Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət getdikcə pisləşir

21 Temmuz 2014

By
@
backtotop