Mübariz Qurbanlı sədr təyin edildi

publika.az1394719373Mubariz-Qurbanli-esas
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov olub. O, 31 may 2012-ci ildə sədr vəzifəsinə təyin edilib. 2 may 2014-cü ildə komitə sədrinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası prezidenti sərəncam verib.

M.Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.

1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin dosentidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

415 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mübariz Qurbanlı sədr təyin edildi

21 Temmuz 2014

By
@
backtotop