NİDA fəallarının işi üzrə prosesdə insident

NIDA-teze (1)
NİDA fəallarının apellyasiya şikayətinə baxılması yenidən qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin iclasında müdafiə tərəfi təkrar məhkəmə istintaqı aparılmasından imtina etmiş BAM-ın hazırlıq iclasının qərarından kassasiya şikayəti verib.

İclas zamanı təqsirləndirilən şəxslər və müttəhimlərlə kobud davranan mühafizəçilər arasında insident baş verib.

Mühafizəni təmin edən əməkdaşlardan biri hətta fəallara qarşı gözyaşardıcı qazdan istifadə etməyə çalışıb, amma digər mühafizəçi ona mane olub.

* 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Şahin Novruzlu, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadəni 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Sonrada Bəxtiyar Quliyev əfv ərizəsi yazıb və apellyasiya şikayətindən imtina edib. Xatırladaq ki, Amnesty İnternational bütün müttəhimləri “vicdan məhbusu” kimi tanıyıb.

285 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

NİDA fəallarının işi üzrə prosesdə insident

18 Temmuz 2014

By
@
backtotop