LGBT-çilər Ədliyyə Nazirlyini məhkəməyə verəcək

1D06DD15-7CB2-4698-8127-EF7A824F6150_w640_r1_cx0_cy12_cw0_s
“Nəfəs LGBT Azərbaycan Alyansı” İctimai Birliyi növbəti dəfə Ədliyyə Nazirliyi tərərfindən qeydiyyata alınmayıb.

Alyansdan Turan-a verilən məlumata görə, qeydiyyata alınmaq üçün müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə mayın 19-da çatıb.

Lakin Qanunla müəyyən edilmiş müddətdə Birliyin təsisçilərinə (və ya qanuni təmsilçisinə) “Nəfəs LGBT Azərbaycan Alyansı” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilməyib.

Buna görə də təşkilat Ədliyyə Nazirliyini məhkəməyə verəcəyini qeyd edib.

Təşkilat həmçinin LGBT sahəsində könüllü çalışmağa razı olacaq hüquqşünasların olmamasından narahatdır.

“Beynəlxalq təşkilatları bu istiqamətdə bizə dəstək olmağa və Azərbaycan hökümətini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiq göstərməyə çağırırıq”, deyə məlumatda bildirilir.

“Nəfəs LGBT Azərbaycan Alyansı” İctimai Birliyi ilk dəfə 2012-ci ildə qeydiyyata alınması üçün sənəd göndərib. Lakin qeydiyyata alınıb-alınmamaqla bağlı heç bir münasibət bildirilməyib.

288 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

LGBT-çilər Ədliyyə Nazirlyini məhkəməyə verəcək

18 Temmuz 2014

By
@
backtotop