Həsən Hüseynlini müdafiə kampaniyası

071400084118
Bir qrup hüquq müdafiəçisi və gənc fəal xuliqanlıq ittihamı ilə 6 il müddətinə həbs edilmiş “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri Həsən Hüseynlini müdafiə kampaniyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Kampaniya təşkilatçıları Gəncəni 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçmiş Avropa Gənclər Forumuna kütləvi müraciət göndəriblər, bu barədə Turan-a hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Müraciətdə Hüseynlinin həbsinə etiraz bildirmək və Azərbaycan hakimiyyətindən onu azad etməyi tələb etmək xahiş olunur.

Müraciətdə Hüseynlinin Azərbaycanın qərb bölgəsində vətəndaş cəmiyyəti formalaşdırılmasında rolu və onun tamamilə uydurma ittihamla həbs edildiyi qeyd olunur.

Avropa Gənclər Forumunun prezidenti Peter Matjasiç artıq bu müraciətə cavab verib. O bildirib ki, bu məsələ forumun idarə heyətinin yaxın gələcəkdə keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Avqustun sonlarında Gənclər Forumunun missiyası Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı elan edilməsi ilə bağlı tədbirlərin hazırlanması üçün şəhərə gələcək.

Kampaniya təşkilatçıları missiyanın hakimiyyət qarşısında Hüseynlinin azad edilməsi məsələsini qaldıracağına ümid edirlər.

310 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Həsən Hüseynlini müdafiə kampaniyası

16 Temmuz 2014

By
@
backtotop