BQXK nümayəndələri Bəşir Süleymanlıya baş çəkib

989e1d80-7a18-494b-b600-2c0422f5fa03_tv_w640_h360
Dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Bakı İstintaq Təcridxanasında saxlanılan icraçı direktoru Bəşir Süleymanlıya baş çəkiblər. Bu barədə Turan-a Süleymanlının doğmaları bildiriblər.

Görüşdə məhbus doğmaları ilə görüş hüquqlarının pozulmasından şikayət edib. Belə ki, görüşləri nəzərdə tutulduğundan az verirlər, həm də şüşə hasar arxasından.

Bu zaman doğmalarını bir neçə saat Süleymanlı ilə görüşü gözləməyə məcbur edirlər.

Qeyd edək ki, “Həbsdə saxlanma yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19.6-cı maddəsinə əsasən, məhbusun ayda dörd dəfə hər biri 4 saat olmaqla 4 dəfə görüşmək hüququ var.

* Mayın 26-da SMDT rəhbəri Anar Məmmədli 5,5 il, Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıq, mənimsəmə və s.-də ittiham olunublar.

Hüquq müdafiəçilərinin fikrincə, onların cinayət təqibinin əsas səbəbi Azərbaycanda 2013-cü il oktyabr seçkilərinin saxtalaşdırılması haqqında rəyidir.

285 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

BQXK nümayəndələri Bəşir Süleymanlıya baş çəkib

15 Temmuz 2014

By
@
backtotop