ADİHİ nümayəndələri ABŞ səfirliyində hüquq müdafiəçiləri ilə bağlı müzakirə aparıblar

ADİHİ rəhbəri Əhməd Şahidov və qurumun layihələr üzrə meneceri Şəmşir Tərlanov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər müşaviri Yaniv Barzilay ilə görüşüblər

İyul ayının 14-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və qurumun layihələr üzrə meneceri Şəmşir Tərlanov ABŞ-ın Azərbaycandakı səfirliyində olmuş və səfirliyin siyasi işlər müşaviri cənab Yaniv Barzilay ilə görüşmüşlər. Tanışlıq məqsədi daşıyan görüş zamanı rəhbərlik etdiyi qurum barədə ətraflı danışan Əhməd Şahidov son vaxtlar ölkədə baş verən hadisələrə də toxunmuş, müstəqil QHT-lər, xüsusən də hüquq müdafiəçilərinə qarşı olan münasibətdən söz açmışdır.

ADİHİ-nin yaradılmasını alqışlayan amerikalı diplomat demokratiya və insan haqları məsələlərinin ABŞ səfirliyi üçün hər zaman prioritet olduğunu diqqətə çatdırmış və bundan sonra da bu sahədə fəaliyyət göstərən QHT-lərlə sıx əməkdaşlıq edəcəklərini bildirmişdir. Bu baxımdan ADİHİ-nin fəaliyyətini yaxından izləyəcəklərini deyən Yaniv Barzilay ADİHİ-nin internet saytının üç dildə fəaliyyət göstərməsini bu sahədə mövcud olan informasiya blokadasının aradan götürülməsinə yardımçı olacağını demişdir.

ADİHİ-nin gələcək planları ilə maraqlanan ABŞ səfirliyinin nümayəndələri bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla sıx əlaqələr qurulmasını məqsədəuyğun bilmişlər.

277 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ nümayəndələri ABŞ səfirliyində hüquq müdafiəçiləri ilə bağlı müzakirə aparıblar

15 Temmuz 2014

By
@
backtotop