ABŞ səfirliyi Həsən Hüseynlinin barəsində hökmü pisləyib

071400084125
ABŞ səfirliyi 6 il azadlıqdan məhrum edilən “Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Hüseynlinin hökmünü pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycanda mülki cəmiyyətə təsir göstərən daha bir hadisə baş verib, Gəncədə böyük hörmət sahibi olan QHT lideri Həsən Hüseynliyə 6 il həbs cəzası verilib. Ona qarşı xuliqanlıq ittihamları son dərəcə şübhəli görünür”.

“ ABŞ səfirliyi tələbə mübadiləsi və ingilis dili təlimləri sahəsində H.Hüseynli ilə yaxından işləyib. Onun mülayim xasiyyətini və vətəndaş cəmiyyətinin iştirakı və maarifləndirmənin təbliği sahəsində gördüyü işi nəzərə alaraq N.Hüseynlinin, istintaqın dediyi kimi, yerli sakinə qarşı bıçaqdan istifadə etdiyinə inanmaq praktik olaraq mümkün deyil. H.Hüseynli Azərbaycanda uzun müddətə həbsə atılan vətəndaş cəmiyyəti fəalları sırasındadır”,- bəyanatda deyilir.

«Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün Azərbaycan vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini təşviq edir. Biz tam əminik ki, fundamental azadlıqların dəstəklənməsi Azərbaycanın uzun müddətli sabitliyinə və tərəqqisinə təkan verəcək. Biz həmçinin sözügedən məqsədləri əldə etmək üçün Azərbaycanın hökuməti və insanları ilə işləmək öhdəliyinə sadiqiq”, – sənəddə vurğulanır.

232 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ səfirliyi Həsən Hüseynlinin barəsində hökmü pisləyib

14 Temmuz 2014

By
@
backtotop