Gəncədən olan hüquq müdafiəçisi 6 il müddətinə həbs edilib

071100083959Bu gün Gəncə şəhəri Nizami məhkəməsi “Kamil vətəndaş” Mülki Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin barəsində hökm çıxarıb. O, xuliqanlıqda, qanunsuz soyuq silah saxlamaqda təqsirli blinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, H.Hüseynli martın 31-də Gəncə sakini Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib. Lakin əslində naməlum şəxs küçədə H.Hüseynliyə yaxınlaşaraq onu təhqir edib, davaya təhrik edib. H.Hüseynli bunun təxribat olduğunu başa düşüb və cavab verməyib, dərhal jurnalistləri çağıraraq baş verənləri danışıb.

İttiham təsdiqlənməsə də iyulun 4-də prokuror H.Hüseynlinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Hüquq müdafiəçilərinin fikrincə, H.Hüseynlinin təqib edilməsinin əsl səbəbi onun nüfuzunun və yerli gənclərə təsirinin artmasından hakmiyyətin narahat olmasıdır.

Hökmün oxunması ərəfəsində bir qrup hüquq müdafiəçisi ölkə başçısına müraciət edərək tanınmış fəalın və Gəncə ziyalılarının nümayəndəsinin həbsinə yol verməməyi xahiş ediblər.

*”Kamil vətəndaş” qeyri-hökumət təşkilatı (ICEC) http://www.kamilv.az/ 2004-ci ildə təsis edilib. 2009-cu ilin fevralında dövlət qeydiyyatından keçib.Bu QHT-nin əsas missiyası Azərbaycanın Qərb regionunda acıq cəmiyyət ideyalarının yayılmasıdır. Bu məqsədlə vətəndaş cəmiyyəti haqda maarifləndirici tədbirlər keçirilib.

287 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Gəncədən olan hüquq müdafiəçisi 6 il müddətinə həbs edilib

14 Temmuz 2014

By
@
backtotop