“QHT-lərin Həyəcan Şəbəkəsi” vətəndaş cəmiyyətinin hüquqlarını müdafiə edəcək

Power of Words
“QHT-lərin Həyəcan Şəbəkəsi”nin yaradılmasında məqsəd hakmiyyətin sanksiyaları ilə üzləşən QHT-lərin problemlərinin həlli üçün birgə səyləri artırmaqdır. Bu gün hakimiyyət vətəndaş cəmiyyətinə qarşı açıq sanksiyalara əl atıb. Belə ki, qrantlar qeydə alınmır, tədbirlərin keçirilməsinə icazə verilmir. Bir çox QHT rəhbərləri prokurorluğa dindirməyə çağırılır”, – “QHT-lərin Həyəcan Şəbəkəsi”nin üzvü, Demokratik Müəssisələr və İnsan Hüquqları İctmai Birliyinin sədr Elçin Abdullayev Turan-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 20-ə yaxın QHT-nin bank hesabı dondurulb. “Əslində hesabı dondurulan QHT-lərin say daha çoxdur. Belə ki, Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, Qubad İbadoğlu və digər tanınmış şəxslərin rəhbərlik etdikləri QHT-lərin hesabları dondurulub”, – E.Abdullayev bildirib.

“QHT-lərin Həyəcan Şəbəkəsi” qanunvericilikdə nəzərdə tutulmuş metodlarla mübarizə aparacaq.

“Biz prezident, beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin başçılarına və səfirlərə müraciət edəcəyik. Biz problemin həll üçün prezidentin QHT ilə görüşünü və QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığı istəyirik”, – o vurğulayıb.

Eyni zamanda fəallar Prezident Administrasiyasnın, Ədliyyə Nazirliynin, Mərkəzi Bankın qarşısında piketlər keçirmək niyyətindədir.

E.Abdullayevin sözlərinə görə, QHT-lərə təzyiqlər artıq öz mənfi effektini göstərir. “Bəzi QHT fəalları mübarizədən çəkinərək ölkəni tərk edirlər. Əgər təzyiqlər davam edərsə bu ölkədə QHT-lərin fəaliyyəti mümkün olmayacaq”, – o qeyd edib.

Statistikaya görə, ölkədə 3 min QHT dövlət qeydiyyatından keçib, 2 min QHT qeydiyyata alınmayıb.

“Qeydə alınan QHT-lərin 1500-ü illik hesabatı təqdim etmədiyinə görə Maliyyə Nazirliyinin sanksiyasına məruz qalıb. Ədliyyə Nazirliyinin saytının məlumatına görə, cəmi 300-350 QHT real olaraq fəaliyyət göstərir. Onların 250-i hökumətyönlüdür. Beləliklə, söhbət 50 müstəqil QHT-dən gedir ki, bunun da 20-i aktivdir”, – E.Abdullayev bildirib.

295 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“QHT-lərin Həyəcan Şəbəkəsi” vətəndaş cəmiyyətinin hüquqlarını müdafiə edəcək

12 Temmuz 2014

By
@
backtotop