“Sərhədsiz reportyorlar”: Azərbaycan hakimiyyətini tənqid edən növbəti bloger həbs edilib

071200083989
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı 19 yaşlı bloger Ömər Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib.

“Ömər hökuməti tənqid edənlərin susdurulması üçün siyasi qurbana çevrilib”, – bəyanatda deyilir.

İyunun 25-də AŞPA sessiyasında prezident İlham Əliyevin ölkədə “azad İnternetin” olması barədə bəyanatına baxmayaraq, blogerlərin həbsi davam edir.

Hakimiyyət müxalifət fəallarını cəzalandırmaq üçün narkotik maddənin saxlanması və yayılması kimi uydurma ittihamdan istifadə edir.

Ö.Məmmədov Facebook-da “AzTv-dən seçmələr” və “Heydər Əliyev adına” səhifələrin müəllifi olub. Bu səhifələrdə hakimiyyətin siyasətinə rişxənd edilib. Bu səhifələr çox populyar olduğundan ayda yarım milyona yaxın oxucu daxil olub.

Ö. Məmmədov NİDA hərəkatı da daxil olmaqla, bəzi siyasi hərəkatların üzvü olub.

“Bu, , tənqidi səsləri boğmaq üçün müdafiə hüququnun pozulduğu növbəti siyasi prosesdir.

Biz ədalət mühakiməsi sistemini Apellyasiya Məhkəməsində blogerə qarşı absurd ittihamları aradan qaldırmağa çağırırıq.

Avropa Şurası artmaqda olan repressiyaların Azərbaycan hakimiyyəti tərəfindən təşkl olunmasından lazımi nəticə çıxarmalıdır”, – “Sərhədsiz reportyorlar”ın bölmə rəhbəri Yohan Bir bildirib.

259 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Sərhədsiz reportyorlar”: Azərbaycan hakimiyyətini tənqid edən növbəti bloger həbs edilib

12 Temmuz 2014

By
@
backtotop