DİN radikal dini təzahürlərə qarşı mübarizəni davam etdirir

daxili_isler_nazirli_yi_007
Daxili İşlər Nazirliyi (DİN) bu ilin ilk yarısında cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təşklilə bağlı kollegiya iclası keçirib.

Son 10 ildə ölkə əhalisinin hər 100 min nəfərinə düşən cinayətin 231 fakt təşkil etdiyi xatırladılıb.

Bu ilin ilk yarısında 12.231 cinayətin qeydə alındığı nəzərə çatdırılıb. Konkret ad çəkmədən ölkənin 24 rayon və şəhərində ağır cinayətlərin sayında azalma olduğu iddia edilib. Cinayətlərin üstünün açılması 80% təşkil edib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin üstünün açılması isə 71%-ə yüksəlib.

Müxtəlif cinayətlər törədən 4461 və xüsusilə ağır cinayətlərə görə 1037 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub, istintaq və ya məhkəmədən yayınan 1125 nəfər yenidən saxlanılıb. Narkotraffik və insan alverinə qarşı tədbirlər çərçivəsində 1743 cinayət müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup ələ keçirilib, 373 kq qanunsuz narkotik vəsait aşkarlanıb. İnsan alverilə bağlı 50 cinayət aşkar edilib. Hesabat dövründə daxili işlər orqanları tərəfindən inzibati xətalara görə 619.148 protokol tərtib edilib, nəticədə 573.696 nəfər cərimə edilib.

Ölkədə dini radikalizmə qarşı qəti mübarizə aparıldığı vurğulanıb. Tolerantlıq baxımından hər zaman dünya ölkələrinə nümunə olan Azərbaycanda dini radikalizmin təzahürlərinə qarşı maarifləndirmə işləri aparılır.

Son olaraq DİN rəhbərliyi ictimai asayişin qorunması üçün bundan sonra da mübarizəsini davam etdirəcəyini bildirib.

350 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

DİN radikal dini təzahürlərə qarşı mübarizəni davam etdirir

12 Temmuz 2014

By
@
backtotop